...

REAL və MCP partiyaları rəsmi qeydiyyata alındı

Siyasət Materials 1 Sentyabr 2020 18:11 (UTC +04:00)
REAL və MCP partiyaları rəsmi qeydiyyata alındı

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxpartiyalı sistemin inkişafı, siyasi partiyaların ölkəmizin ictimai həyatında əhəmiyyətinin artırılması, bu sahədə münasibətlərin sağlam zəmində və qarşılıqlı əməkdaşlıq əsasında qurulmasına dair səsləndirdiyi fikirlər daim diqqət mərkəzində saxlanılır.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Milli Cəbhə Partiyası (MCP) və Respublikaçı Alternativ (REAL) Partiyasının dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətlərinə əsasən təsis sənədlərinin qanunvericiliyin tələblərinə uyğunluğu məsələsi öyrənilmiş və partiyaların qeydiyyata alınması barədə nazirlik tərəfindən qərar qəbul edilib.

Sentyabr ayının 1-də Ədliyyə nazirinin müavini Toğrul Musayev partiya sədrləri ilə görüşü zamanı onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edərək, dövlət başçısının iradəsi ilə ölkəmizdə siyasi sistemin və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində önəmli addımların atılmasını xüsusi vurğulamış, son aylar artıq bir neçə partiyanın qeydiyyatdan keçməsini qeyd edib.

Partiya rəhbərləri Razi Nurullayev (MCP) və İlqar Məmmədov (REAL) siyasi islahatların aparılmasını, demokratik təsisatların inkişaf etdirilməsi sahəsində görülən işləri, başlanmış siyasi dialoqu dəstəklədiklərini, bunların dövlətimizin tərəqqisinə müsbət təsir edəcəyinə dair əminliklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti