...

Azərbaycanda yeni medal təsis edilir

Siyasət Materials 11 Sentyabr 2020 09:48 (UTC +04:00)
Azərbaycanda yeni medal təsis edilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda yeni yubiley medalının təsis edilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasına daxil edilib.

Belə ki, komitənin toplantısında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılacaq.

Dəyişikliyin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti