...

Şamil Ayrım: BMT dərhal işğal olunmuş ərazilərə Ermənistanın Livandan erməniləri köçürməsinin qarşısını almalıdır

Siyasət Materials 12 Sentyabr 2020 11:21 (UTC +04:00)
Şamil Ayrım: BMT dərhal işğal olunmuş ərazilərə Ermənistanın Livandan erməniləri köçürməsinin qarşısını almalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Avqustun 4-də Beyrutda baş verən partlayışdan sonra Ermənistan hökuməti beynəlxalq hüququ heçə sayaraq Livandakı erməniləri 30 ildir ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gətirərək buranın əhalisini erməniləşdirməkdə davam edir.

Bunu Trend-ə Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gəldikdən sonra son dərəcə təhlükəli oyun oynamağa başladı:

"Birincisi, Livan kimi ölkələrdən erməniləri Qarabağa və ətrafındakı 7 rayona yerləşdirir. İkincisi, o insanları əsgərliyə çağırır. Üçüncüsü, PKK kimi terror təşkilatları ilə əməkdaşlıq edir”.

Ş.Ayrım qeyd edib ki, Ermənistan azalan əhali sayını xaricdəki erməniləri gətirərək artırmağa çalışır: “Məqsəd Dağlıq Qarabağın işğalını və tarixi işğal siyasətlərini davam etdirməkdir. Bu gün Ermənistan əhalisinə baxıldığı zaman yoxsulluq müşahidə edilir. Əgər Ermənistan hakimiyyəti xalqını düşünsəydi, Bakı-Tiflis-Ərzurum boru xətləri, Bakı-Tiflis-Qars dəmiryolu layihələrində iştirak edərdi. Livandakı son partlayışdan sonra köç edənlərə “dur” deyiləcəyini düşünmürəm. Çünki Livanda da Suriya kimi böyük problemlər var. Beynəlxalq təşkilatlar hərəkətə keçməli, BMT dərhal Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinə Livandan erməniləri köçürməsinin qarşısını almalı, Qarabağın Azərbaycanın torpağı, Ermənistanın işğalçı ölkə olması ilə bağlı qətnaməsininin tələblərini tətbiq etməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti