...

Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib (FOTO)

Siyasət Materials 15 Sentyabr 2020 11:16 (UTC +04:00)
Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü ilə bağlı Türkiyəyə dəstək aksiyası keçirilib.

Trend-in məlumatına görə, aksiya pandemiya ilə bağlı sosial məsafə və maskadan istifadəyə dair təlimatlar yerinə yetirilməklə Şəhidlər Xiyabanı və Türk Şəhidliyinin qarşısında baş tutub.

Yüzlərlə insanın qatıldığı aksiyada “Türkiyə, Azərbaycanda qal!”, “Türkiyə və Azərbaycan qardaşdır!”, “Türkiyə və Azərbaycan dostluğu var olsun!” şüarları səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti