...

Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib

Siyasət Materials 15 Sentyabr 2020 12:41 (UTC +04:00)
Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib

Bakı. Trend:

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib.

Trend-in məlumatına görə, nazir öz “Twitter” səhifəsində şəhidlərin xatirəsini anıb.

O yazıb: “Nuru Paşanın rəhbərliyindəki Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə əziz şəhidlərimizi rəhmətlə anıram. Eyni ruh və inancla, can Azərbaycanla bu gün də çiyin-çiyinəyik. Odlar yurduna salam olsun!”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti