...

Bakının işğaldan azad edilməsi Azərbaycan və Türkiyə üçün önəmli hadisədir - Türkiyəli tarixçi

Siyasət Materials 15 Sentyabr 2020 16:13 (UTC +04:00)
Bakının işğaldan azad edilməsi Azərbaycan və Türkiyə üçün önəmli hadisədir - Türkiyəli tarixçi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü və ümumiyyətlə 15 sentyabr tarixi Azərbaycan və Türkiyə üçün önəmli hadisədir.

Bunu Trend-ə açıqlamasında türkiyəli tarixçi alim, professor İlber Ortaylı bildirib.

Türkiyəli tarixçi qeyd edib ki, yaşanan qəhrəmanlıq və qardaşlıq salnaməsini nəsildən-nəslə ötürmək lazımdır:

"Qafqaz İslam Ordusunun və Azərbaycan xalqının 1918-ci ildə göstərdiyi şücaətlərdən çox danışmaq olar. Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi xüsusi olaraq öyrənilməli və bu daha geniş kütlələrə çatdırılmalıdır.”

İ.Ortaylı bildirib ki, bu gün Azərbaycan bölgənin siyasi və iqtisadi baxımdan ən inkişaf edən ölkəsidir:

"Azərbaycanın müstəqilliyi əbədidir. Bütün türk dünyasını Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbrik edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti