...

Deputat: Ermənistan yenə də riyakarlıq göstərərək Azərbaycanın mülki əhalisini hədəfə alır

Siyasət Materials 29 Sentyabr 2020 15:32 (UTC +04:00)
Deputat: Ermənistan yenə də riyakarlıq göstərərək Azərbaycanın mülki əhalisini hədəfə alır

Bakı. Elçin Mehdiyev – Trend :

Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüz ərazilərimizin işğalı, dinc, sülhpərvər və qonaqpərvər azərbaycanlıların qətlə yetirilməsi ilə yanaşı, həm də Azərbaycana qarşı həyasızcasına genişmiqyaslı qarayaxma, böhtan kampaniyası ilə müşahidə edilir.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri vurğulayıb ki, Paşinyanın həyasızlığı o həddə çatıb ki, işğal etdikləri Azərbaycan torpaqlarında yerləşdirdikləri cinayətkar hərbi qüvvələrlə mülki əhalini hədəfə alır, günahsız insanları öldürür:

“Amma dünyaya car çəkir ki, Azərbaycanın “aqressiya”sını dayandırın. Bu erməni həyasızlığına adekvat cavab vermək əvəzinə bəzi ölkələrdən tərəflərin atəşi dayandırılması çağırışları hələ də eşidilməkdədir. İkinci dünya müharibəsində də eyni mövqe sərgiləndiyi üçün bəşəriyyət tarixində böyük faciələr yaşandı. Bütün bunlara baxmayaraq, dünya erməni faşizminin törətdiyi ağır cinayətlər haqqında artıq kifayət qədər məlumatlıdır və Azərbaycanın haqq işini dəstəkləyir.

Minsk Qrupu həmsədrləri verilmiş mandata uyğun olaraq BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi qətnamələri icra etmək əvəzinə tərəfləri öz aralarında danışmağa, razılaşmağa dəvət edirlər. Hadisənin mahiyyəti zaman-zaman müxtəlif səbəblərdən bax beləcə təhrif edilmişdir. Belə ki, güc tətbiq edilməməsi məsələsi də gündəmə gətirilir. Sual olunur: 1992-1993-cü ildə Ermənistan Azərbaycan ərazilərini necə işğal edib? BMT TŞ-nin məlum qətnamələri niyə qəbul edilib? Həmin qətnamələrdə güc tətbiq edən işğalçı Ermənistanı dayandırmaq tələb edilirdi. Amma nə işğalçı Ermənistan dayandı, nə də vasitəçilər onu dayandırdı”.

B.Əliyev vurğulayıb ki, 27 sentyabr 2020-ci ildə riyakarlığı ilə qısa müddətdə dünyada ad çıxarmış Nikol Paşinyan özlərinin dilində danışıqlar aparmağa başladı: “Yenidən Azərbaycana hərbi hücuma keçdi və yaşayış məntəqələrimiz atəşə məruz qaldı. Azərbaycan Ordusunun əks-hücumu nəticəsində erməni-faşist hərbi qruplaşmaları ardıcıl olaraq darmadağın edilir. Düşmən böyük itkilər verir, ordumuz inamla irəliləyir.

Sülhü və beynəlxalq hüququ, insan haqlarını rədd edən Ermənistanla öz dilində danışıqlar aparılır. Əminliklə deyə bilərik ki, yüksək döyüş əzminə malik olan ordumuz tezliklər torpaqlarımızı ermə-faşist işğalçılarından azad edəcək və Xocalıda, digər şəhər və kəndlərimizdə azərbaycanlılara qarşı soyqrımı törətmiş bütün cinayətkarlar əməllərinə görə öz cəzalarını alacaqlar”.

Komitə sədri qeyd edib ki, bu gün xalq-iqtidar birliyi və qəhrəman Azərbaycan ordusuna sonsuz inam var:

“Siyasi baxışlarından asılı olmayaraq, hər bir vətəndaşın mövqeyi “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarıdır. Amma hələ də kimə və nəyə xidmət etdiklərini, yumuşaq desək, müəyyənləşdirə bilməyən AXCP-Musavat təəssüflər olsun ki, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrundakı Vətən müharibəsində dövlətinə, xalqına dəstək olmadı. Həmrəylik nümayiş etdirmədi. İşğalçı Ermənistanın və onun havadarlarının cinayətləri barədə beynəlxalq təşkilatlara müraciətlər etmədilər. Yenə də xalqla bir yerdə olmağa özlərində cəsarət tapmadılar. Seyrçi rolunda qalmağa üstünlük verdilər. Əgər Vətən, Xalq, Dövlət haray çəkirsə, qeyrətə səsləyirsə və tarixin bu sınaq dövründə bir olmağa çağırırsa, onda necə kənarda qalmaq olar. Düşünürük ki, hələ gec deyil. Bizi həm də milli həmrəyliyə aparan bu qələbə yürüşünə qoşulmaq üçün.

Bu gün Milli kimliyimizin yenidən dərki və qorunması zamanıdır. Millətin, dövlətin yeni zəfər tarixi yazacağı gündür. Ana Vətən bizi çağırır! İrəli, irəli, ey qəhrəman Azərbaycan əsgəri!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti