Bakı. Elçin Mehdiyev - Trend:
Hərbi əməliyyatların gedişində Ermənistan ordusuna ağır zərbələr vuruldu.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici işlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan bu əməliyyatla status-kvonu dəyişdirdi: "Artıq Azərbaycan bir çox torpaqlarını geri qaytarıb. Təmas xətti yoxdur. Beynəlxalq çağırışlara uyğun olaraq atəşkəs rejimi bərpa olunub. Ancaq Ermənistan bu vəziyyətdən də sui-istifadə edərək Azərbaycana qarşı təxribatlarını davam etdirir".