...

Ermənistan terrorçu və işğalçı dövlətdir - Türkiyənin vitse-prezidenti

Siyasət Materials 17 Oktyabr 2020 09:17 (UTC +04:00)
Ermənistan terrorçu və işğalçı dövlətdir - Türkiyənin vitse-prezidenti

Bakı. Trend:

Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törədən terrorçu və işğalçı dövlətdir.

Trend-in məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay öz "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, Gəncəni atəşə tutmaqla Ermənistan bir daha dünya ictimaiyyətinə öz qanlı və məkrli simasını göstərdi: "Dinc sakinlərə raket zərbəsi əclaflıq, qorxaqlıq və qanunsuzluqdur".

Onun sözlərinə görə, dünya ictimaiyyətinin Ermənisanın cinayətləri qarşısında susması təəssüf doğurur: "Bu cinayətlər cəzasız qalmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti