...

Silahı yerə qoyun, başqalarının torpağında vuruşursuz - Din xadimindən erməni əsgərlərə müraciət

Siyasət Materials 6 Noyabr 2020 12:54 (UTC +04:00)
Silahı yerə qoyun, başqalarının torpağında vuruşursuz - Din xadimindən erməni əsgərlərə müraciət

Bakı. Trend:

Bu gün “Yeddinci Günün Adventistləri”nin Dua Evində Azərbaycana əsir düşmüş, Ermənistanın Gümrü şəhərinin Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviçlə görüş keçirilib.

Trend-in məlumatına görə, tədbirdə əvvəlcə Hovsep Saakyan, Bakıdakı və Gəncədəki “Yeddinci Günün Adventistləri” İcmalarının pastorları Elşən Cabbarov və Elşən Səmədov dua ediblər.

Hovsep Saakyan bildirib ki, bu gün burda olmağına görə Allaha təşəkkür edir və bir insan kimi Azərbaycan və erməni xalqlarını sülhə çağırır:

"Mən bir inanclı insan kimi həmvətənlərimə müraciət edirəm ki, silahı yerə qoysunlar, vuruşmasınlar. Çünki onlar başqalarının torpağında vuruşurlar.

Hovsep Saakyan hazırda saxlanma şəraitinə də toxunub: "Mən yaralananda bud sümüyüm oynaqdan çıxdı. Məni əsir götürəndə bura gətirib hospitala göndərdilər və ayağımı yerinə saldılar. Buna görə minnətdaram. Burda məni paltar və yeməklə təmin etdilər. Hər şey qaydasındadır və buna görə də hər kəsə təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti