...

Qubadlının məscidi donuzxanaya çevrilib - Hikmət Hacıyev (VİDEO)

Siyasət Materials 6 Noyabr 2020 16:01 (UTC +04:00)
Qubadlının məscidi donuzxanaya çevrilib - Hikmət Hacıyev (VİDEO)

Bakı. Trend:

Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid. Məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

O bildirib: “Biz UNESCO, İSESCO və İslam Əməkdaşlıq Təşkilatını (İƏT) addımlar atmağa və bu cür barbar hərəkətləri qınamağa çağırırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti