...

Azərbaycan Prezidenti: Gizlədiləsi bir şey yoxdur, bizim dağıdılmış kəndləri görə bilərsiniz

Siyasət Materials 9 Noyabr 2020 12:40 (UTC +04:00)
Azərbaycan Prezidenti: Gizlədiləsi bir şey yoxdur, bizim dağıdılmış kəndləri görə bilərsiniz

Bakı. Trend:

Gizlədiləsi bir şey yoxdur. Siz bizim dağıdılmış kəndləri görə bilərsiniz.

Trend-in məlumatına görə, Prezident İlham Əliyevin “BBC News”a müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Əcnəbi jurnalistləri müşahidə edənlərin yalnız bir məqsədi var - onları qorumaq və onların hara gedə biləcəyi və hara gedə bilməyəcəyi barədə onlara məlumat vermək. Lakin gizlədiləsi bir şey yoxdur. Siz bizim dağıdılmış kəndləri görə bilərsiniz. Siz Gəncədə olmusunuz. Yəqin ki, siz Bərdəyə də gedə bilərsiniz. Buna görə bizim gizlədiləsi bir şeyimiz yoxdur. Biz öz torpağımızda vuruşuruq. Erməni ordusu bizim torpağımızdadır, onlar təcavüzkardır və biz təcavüzün qurbanı olmuşuq. Lakin bu gün biz qisasımızı alırıq. Bu gün biz onlara yerini göstəririk və dediyim kimi, onlar qalan əraziləri könüllü olaraq boşaltmasalar, biz onları axıra qədər qovacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti