Ermənistan beynəlxalq hüquqi məsuliyyətə cəlb olunacaq - Vüsal Qasımlı

Ermənistan beynəlxalq hüquqi məsuliyyətə cəlb olunacaq - Vüsal Qasımlı

Bakı. Trend:

Vətən müharibəsinin gedişində Ermənistan beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan ərazisində - döyüş bölgəsindən uzaqda dinc əhali və mülki infrastruktura ziyan vurmuşdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Ermənistanın Azərbaycana qarşı təcavüzü və bu xüsusda onun beynəlxalq hüquqi məsuliyyəti sahəsində sistemli araşdırmalar həyata keçirir. Bu mövzuda suallara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı cavab verib.

- Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq hüquq prizmasından necə qiymətləndirmək olar?

- Azərbaycan beynəlxalq ekspertləri də cəlb etməklə Ermənistanın torpaq, su, meşə və faydalı qazıntılara, habelə əmlaka və mədəni sərvətlərimizə vurduğu ziyanı dəqiq hesablayacaqdır.

Ermənistan dinc azərbaycanlılara vurduğu zərərə görə humanitar hüquq, sülh hüququ və insan hüquqları kimi hüququn fərqli istiqamətləri üzrə məsuliyyətə cəlb oluna bilər.

Humanitar hüquq ümumi hüququn bir qolu olaraq insan hüquqlarını tənzimləyən hüquqi bazadan daha əvvəl formalaşıb. Humanitar hüququn əsasını 1949-cu ildə imzalanan Cenevrə Konvensiyalarına dayanan “Cenevrə hüququ”, Haaqa Konvensiyalarına (1899 və 1907-ci illər) dayanan “Haaqa hüququ” və BMT-nin Baş Assambleyasının bəzi qətnamələri təşkil edir. Cenevrə hüququ döyüşlər zamanı bu döyüşlərdə iştirak etməyən şəxsləri, o cümlədən yaralılar, əsirlər, mülki şəxslər və başqalarını qoruyur. Haaqa Hüququ isə zorakılığın qarşısının alınması üçün döyüş aparılmasının müəyyən metod və vasitələrinin məhdudlaşdırılması və qadağan olunmasını təmin edir.

Cenevrə Konvensiyaları dörd hissədən ibarət olmaqla müharibə zamanı yaralılara qarşı davranış, dənizdə gedən hərbi döyüşlərdə zərər çəkən şəxslərə qarşı davranış, hərbi əsirlərə qarşı davranış və 4-cü Konvensiya isə müharibə zamanı mülki şəxslərin qorunması ilə bağlı olub. Cenevrə Konvensiyalarında əməl etməyə nəzarət Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən aparılır.

4-cü Cenevrə Konvensiyasının tənzimlədiyi mülki şəxslərin qorunması “hüquqi adət normaları” - hər kəsə aid olan və ya əksər dövlətlər tərəfindən hüquqiləşdirilən adətlər olaraq BMT tərəfindən təsdiqlənib. Hüquqi adət normalarının hər hansı bir dövlət üçün tətbiqi müvafiq təşkilatın hüquqi bazasını ratifikasiya etməsindən asılı olmayaraq nəzərdən keçirilir. Başqa sözlə, hüquqi adət normaları, məsələn müharibə zamanı mülki şəxslərin qorunması BMT-nin Ədalət Məhkəməsinin Statutunu ratifikasiya etməyən ölkələrə də şamil olunur. Bu baxımdan Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi mümkündür.

Bəzi hüquqi adət normaları daha önəmli hesab olunaraq, imperativ hüquqi normalar (jus cogens) olaraq qəbul olunur və mütləq şəkildə hər kəsə aid edilir. Hüquqi adət normaları dövlətin öz hüquqi bazasına zidd olduqda tətbiq olunmasa da, imperativ normalar istisna hesab olunur. Belə ki, bu normalar həmin dövlətin özünün hüquqi bazası ilə təsdiqlənməsə və ya fərqli şəkildə əks olunsa da beynəlxalq müstəvidə vacib və şərtsiz öhdəliklər hesab olunur. Bu normalarla beynəlxalq cinayət, insanlığa qarşı cinayət, aqressiv siyasət (işğalçılıq) və aqressiv müharibə, soyqırım, quldarlıq kimi məsələlər tənzimlənir.

- Biz deyə bilərikmi ki, Azərbaycana qarşı imperativ hüquqi normaların pozulması faktları baş verib?

- Azərbaycana qarşı məhz beynəlxalq hüquqda qeyri-şərtsiz keçərli olan imperativ hüquqi normaların pozulması faktları baş verib. Belə ki, ilk başda elə ermənilərin Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi beynəlxalq hüquqda aqressiv siyasət olaraq qiymətləndirilir və bu prosesdə kütləvi şəkildə insanların ölümünə yol verilməsi aqressiv müharibə və hətta digər imperativ norma ilə tənzimlənən soyqırım faktlarını ortaya qoyur. Önəmli fakt aqressiv müharibənin bu addımları atmağa başlayan (təşəbbüskar) tərəfin adına yazılmasıdır, yəni bu hərbi davranışlara cavab verən tərəf beynəlxalq hüquqda aqressiv müharibə aparmış hesab olunmur.

Aqressiv müharibə həmçinin Haaqa Konvensiyalarının pozulması anlamına gəlir. Belə ki, bu Konvensiyalarda boğucu qazlar və zərərli maddələr ifraz edən, eyni zamanda, lazımsız əzablara səbəb olan silah və maddələrin istifadəsinə, əmlakın hərbi ehtiyac olmadan məhv edilməsinə, qarət və müsadirəsinə qadağalar nəzərdə tutulur. Bildiyiniz kimi, bu qadağaların bütün punktları üzrə ermənilər Azərbaycana qarşı ciddi pozuntulara yol veriblər. Belə ki, düşmən tərəfindən Azərbaycanın mülki şəxslərinin yaşadığı zonalara ağ fosfor ifraz edən mərmilərin atılması, kaset bombalarından istifadə, işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus olan əmlakın talan və ya bütünlüklə məhv edilməsi faktları qeydə alınıb. Qadağan olunmuş silahların digər nümunəsi olan kasetli silahlardır ki, bu silahların əhalinin sıx yaşadığı ərazilərdə istifadəsi “Beynəlxalq Kasetli silahlar üzrə Konvensiya”da qadağan edilib. Bu silahlar da ermənilər tərəfindən Gəncə, Bərdə və digər yaşayış məntəqələrində mülki əhaliyə qarşı istifadə edilərək kütləvi itkilərə səbəb olub.

- Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı Ermənistanın vandal hərəkətləri beynəlxalq hüquqda öz əksini necə tapır?

- Haaqa hüququna əsasən mədəniyyət abidələrini və tibbi müəssisələri qorumaq üçün mümkün olan bütün tədbirlərin görülməsi tələb olunur. Bu tələblər digər beynəlxalq hüquqi sənəd olan “Döyüş əməliyyatları zamanı tarixi və dini abidələrin qorunmasına dair Konvensiya”da da əks olunub. Bu istiqamətdə də ermənilərin ciddi pozuntuları xüsusilə qeyd olunmalıdır. Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində demək olar ki bütün tarixi və dini abidələri məhv edib və ya dinimizə hörmətsizlik edərək məsciddə donuzlar saxlayıblar. Bundan başqa, sadəcə işğal olunmuş ərazilərdə deyil digər Azərbaycan torpaqlarına silahlı hücumlar zamanı altı həftəlik müharibədə 20-dən çox dini obyekt və tarixi abidənin zərər çəkməsinə səbəb olublar.

- Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti hansı formalarda həyata keçirilə bilər?

- Beynəlxalq hüquqi məsuliyyət - mütləq məsuliyyət hesab olunmaqla beynəlxalq hüquq subyektinin digər eyni dərəcəli subyektə qarşı beynəlxalq hüquq öhdəliyinin pozulması nəticəsində vurduğu ziyanı aradan qaldırmaq və vurulmuş ziyanı ödəmək öhdəliyidir. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə reparasiya, restitusiya, təzminat və satisfaksiya məsuliyyəti yaranıb. Bu məsuliyyət həm maddi, həm də qeyri-maddi olmaqla müxtəlif formalara malikdir. Reparasiya - hərbi əməliyyatlar nəticəsində məğlub tərəfin qalib tərəfə ödədiyi onlar tərəfindən vurulmuş zərərin qarşılanması prosesidir. Restitusiya - bir dövlətin cinayət törədilməzdən əvvəl mövcud vəziyyətinə qayıtmasıdır. Buna qanunsuz olaraq tutulmuş şəxslərin sərbəst buraxılması, ələ keçirilmiş əmlakın geri qaytarılması misal göstərilə bilər. Təzminat və ya kompensasiya- müasir beynəlxalq hüquqda maddi və ya mənəvi ziyana görə maddi vəsaitlərin ödənilməsini ifadə edir. Kompensasiya, beynəlxalq münasibətlərdə zərərin ödənilməsinin ən çox istifadə edilən formasıdır. Eyni zamanda, pozuntuları törədən tərəfin əks tərəfdən ictimai formada üzr istəməsi - satisfaksiya, eyni və ya oxşar davranışların təkrarlanmayacağına dair öhdəlik götürməsi də beynəlxalq hüquqda nəzərdə tutulan addımlardır.

- Dünya təcrübəsində beynəlxalq hüquqi məsuliyyətin praktik tətbiqi halları barədə nə demək olar?

- Reparasiya ilk dəfə Birinci Dünya Müharibəsi nəticəsində təyin olunub. 1919-cu ildə Almaniyanın və müttəfiqlərinin məsuliyyətini qeyd edən Versal Sülh Müqaviləsi bağlanıb və 269 milyard qızıl marka - təxminən 100 min ton qızılın ekvivalentində təzminat miqdarı təyin olunub.

İkinci Dünya Müharibəsində də Almaniya və müttəfiqlərinin üzərinə reparasiya yükü qoyulub. Bu qərar 1945-ci ildə Yalta Konfransında qəbul olunub. Nəticədə Almaniyadan SSRİ-yə təxminən 400 min dəmir yolu vaqonu yük, 2885 fabrik avadanlıqları, 96 elektrik stansiyası avadanlıqları, 340 min maşın, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş heyvan, 2,3 milyon ton taxıl, bir milyon ton kartof və tərəvəz, yarım milyon ton yağ və şəkər, 20 milyon litr spirt, 16 ton tütün göndərilib. Bundan başqa, Humboldt Universitetinin astronomik rəsədxanasından teleskoplar, Berlin metro vaqonları və kruiz laynerləri və digər texnoloji avadanlıqlar reparasiya məhsulu olaraq SSRİ-ə ödənildi. Almaniya tərəfindən digər ölkələrə də reparasiya ödənişi mərhələlərlə həyata keçirilib.

Digər nümunə Yaponiya və İndoneziya arasında olan münaqişə nəticəsində təyin olunan reparasiyadır. 20 yanvar 1958-ci ildə imzalanan sülh müqaviləsini və təzminat müqaviləsi nəticəsində Yaponiya 12 il ərzində İndoneziyaya 223 milyon dollar ödəməli idi.

Bundan başqa, BMT tərəfindən İraqa 1990-91-ci illərdə Küveytə qarşı qanunsuz işğal nəticəsində dəyən ziyana və itkilərə görə təzminat ödəmək öhdəliyi irəli sürülüb. Təzminatın ödənilməsini təmin etmək üçün isə Beynəlxalq Millətlər Təşkilatının Təzminat Komissiyası qurulub.

- Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunma mexanizmi necə olacaq?

- Beynəlxalq müstəvidə məsuliyyətə cəlbetmə həm də Azərbaycan Respublikasının “Cinayət Məcəlləsi”ndə öz əksini tapıb. Bu baxımdan ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmə həm beynəlxalq hüquq qaydasında, həm də dövlətdaxili qanunvericilik əsasında həyata keçirilə bilər. Dövlətdaxili hüquq qaydasına əsasən cinayətdə məsul tutulan şəxslər beynəlxalq axtarışa verilir, daha sonra olduğu hər hansı bir ölkənin müvafiq orqanları tərəfindən şəxs tutularaq istintaq orqanına təhvil verilir və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən mühakimə olunur. Bu mümkün olmadıqda beynəlxalq hüquqda və beynəlxalq məhkəmələrdə bu məsələnin həlli nəzərdən keçirilir.

Azərbaycanda beynəlxalq cinayətlərə görə məsuliyyət ilk dəfə 1999-cu il Cinayət Məcəlləsində müəyyən olunub və Cinayət Məcəlləsinin 10-cu maddəsinə əsasən əməlin cinayət sayılması və həmin əmələ görə cəza bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir – yəni cinayət-hüquqi normaların retroaktiv (geriyə) tətbiqi qadağandır. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri bu tarixdən sonra törədildiyi halda daxili məhkəmələr tərəfindən məsuliyyətə cəlb oluna bilər.

Azərbaycan Respublikası Baş Prokurorluğu bu sahədə sistemli və təqdirəlayiq fəaliyyətlər göstərir.

Artıq qeyd olunduğu kimi, ermənilər tərəfindən törədilmiş cinayətlər beynəlxalq cinayət hesab olunur və universal yurisdiksiyaya malikdirlər, bu o deməkdir ki, digər dövlətlər öz dövlətdaxili qanunvericiliyinə arxalanıb Azərbaycanda beynəlxalq cinayətləri törətmiş şəxsləri məsuliyyətə cəlb edib mühakimə edə bilər. Danimarkanın, Almaniyanın və bəzi başqa dövlətlərin son illərin praktikasında məhz universal yurisdiksiyaya söykənərək dövlətdaxili qanunlarla Yuqoslaviyada və Ruandada insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin mühakimə edilməsi praktikasını misal göstərə bilərik.

- Beynəlxalq müstəvidə məsuliyyətə cəlb etmənin daha hansı formalarından istifadə edə bilərik?

- Burada “Ad hoc” - müvəqqəti yaradılmış tribunallar yaradıla bilər. Bu tip orqanlar konkret bir münaqişənin həll olunması, bu istiqamətdə təqsirləndirilən tərəfin məsuliyyətə cəlb olunması üçün müvəqqəti olaraq yaradılır. Bu tip tribunallar BMT-nin Təhlükəsizlik Şurasının və ya BMT Baş katibinin təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının qərarları əsasında təşkil oluna bilər. Dünya təcrübəsində Yuqoslaviya, Ruanda, Livan və ya Syerra-Leone tipli ad hoc tribunalların yaradılmasını qeyd etmək olar.

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) - 124 ölkə tərəfindən ratifikasiya olunan Roma Statutu əsasında fəaliyyət göstərərək beynəlxalq müstəvidə törədilmiş cinayətlər üzrə günahkar tərəflərin məsuliyyətə cəlb olunmasını təmin edir. Beynəlxalq Cinayət Məhkəməsi hazırda üç cinayət növünü əhatə edir: soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər. Roma Statutu qüvvəyə minməmişdən əvvəl törədilmiş hər hansı cinayətlə bağlı yurisdiksiya həyata keçirə bilmədiyindən birinci Qarabağ müharibəsində ermənilər tərəfindən törədilən vəhşiliklər məhkəmənin baxdığı hər 3 istiqaməti əhatə etsə də təəssüflər olsun ki tribunaya çıxarılması mümkün olmayıb. Lakin bu gün Qarabağın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində düşmənin etdiyi beynəlxalq hüququ pozan davranışlar BMT vasitəsilə Beynəlxalq Cinayət Məhkəməsinə də çıxarıla bilər.

- Ermənistanın Azərbaycana qarşı təzminat ödənişini necə tələb etmək olar?

- Beynəlxalq Millətlər Təşkilatının Təzminat Komissiyası (UNCC) Təhlükəsizlik Şurasının 687 saylı qətnaməsinə əsasən, 1991-ci ildə, İraqın 1990-91-ci illərdə Küveytə qanunsuz işğalı nəticəsində təzminat ödənməsini təmin etmək məqsədi ilə qurulmuşdur. Komissiya tərəfindən 2,7 milyon iddiaya qarşılıq bu günə qədər 350 milyard dollar təzminatın ödənilməsi təmin olunub. Komissiya altı tələb kateqoriyası üzrə təzminat ödənilməsini tənzimləyir.

Beynəlxalq Ədalət Məhkəməsi — Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı olaraq iş prinsipi geniş məhkəmə fəaliyyəti ilə xarakterizə olunur. Onun əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir.

Avropa İnsan Hüquqları Məhkəməsi "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəməyə bu Konvensiyanı ratifikasiya etmiş dövlətlərin vətəndaşları müraciət edə bilər. Lakin Konvensiya üzrə müdafiə yalnız fərdlə hakimiyyət arasında olan münasibətlərə tətbiq edilir. Yəni, zərər çəkmiş hər bir Azərbaycan vətəndaşı Ermənistan dövlətini bu şəkildə şikayət edərək məsuliyyətə cəlb edə bilər. Artıq bu istiqamətdə fəaliyyətlər başlamışdır.

- Ermənistanın vurduğu ziyanın qiymətləndirilməsi sahəsində hansı işlər görülür?

- Konfliktlərin vurduğu zərərlərin ölçülməsi istiqamətində iki üsuldan istifadə oluna bilər. Birincisi, birbaşa zərərlərin qiymətləndirilməsi, burada birbaşa olaraq dağıdılmış infrastruktura dəymiş zərərlərin real dəyəri ilə qiymətləndirilməsi aparılır. İkincisi, dolayı zərər, burada isə infrastrukturun məhvi nəticəsində itirilmiş imkanlar və əlavə faydaların qiymətləndirilməsi aparıla bilər.

Müxtəlif münaqişələrdə əsas təsirlərin qiymətləndirilməsi metodlarından da istifadə edilmişdir. Örnək olaraq, Yəməndə 2019-cu ildə BMT-nin İnkişaf Proqramı tərəfindən dəymiş təsirlərin qiymətləndirilməsi aparılmışdır. Bu daha çox nəticəəsaslı qiymətləndirmə metodologiyasına əsaslanmışdır. Müharibənin vurduğu zərərlərin qiymətləndirilməsi və nəticədə yeni infrastruktur sisteminin qurulması üzrə ehtiyacların müəyyənləşdirilməsi üçün digər bir qiymətləndirmə isə Dünya Bankı tərəfindən 2018-ci ildə İraqda aparılmışdır. İŞİD terror təşkilatı tərəfindən dağıdılmış infrastrukturun sosial, istehsal, kommunal təsərrüfatı, dağıdılmış evlər, turizm obyektləri, nəqliyyat, dövlət obyektləri, ekologiya və s. sahələr üzrə qiymətləndirilməsi aparılmışdır.

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycan ərazisində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.

Qazaxıstan və Azərbycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib
Qazaxıstan və Azərbycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşır
Loading Bars
Xəbər lenti
Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət Hacıyev
Baş İdarə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib
Qazaxıstan və Azərbycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib
Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi təşkil olunub
Azərbaycan Prezidenti: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
AzTU tələbələri işlə təmin etmək üçün taksi xidməti yaratdı
Tbilisidə Xocalıya həsr edilmiş anım mərasimi və fləşmob təşkil edilib (FOTO)
AMEA-da virtual laboratoriyalar yaradıla bilər
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO)
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Azercell ilə TikTok indi daha əlçatandır!
Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi (FOTO)
Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub (FOTO)
Ermənistan prezidenti Paşinyana qarşı çıxdı: Baş qərargah rəisi vəzifəsində qalır
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir
Azərbaycan könüllüləri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat veriblər
Prezident İlham Əliyev: Azərbaycana xoş gəlmisiniz plakatı nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur
Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üçün plan hazırlayır
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır
Varşavada Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Xocalı həqiqətləri Avropanın nüfuzlu media orqanında
Azərbaycan Prezidenti: Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz, bunlar terrorçu və təxribatçılardır
Bizi Qarabağdakı əsas tapşırıqdan heç nə yayındırmamalıdır - Mariya Zaxarova
Dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir - Deputat
Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.khojalytoday.com" saytı təqdim edilib (FOTO/VİDEO)
Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalının anım günü elan edilib (FOTO)
Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirə qatılıb
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
Dinc sakinlərə qarşı aqressiya bunu törədənin zəifliyinin göstəricisidir - Rusiyalı ekspert
Danimarka rəsmilərinin diqqəti Xocalı soyqırımına cəlb edilib
“Muğanbank” ASC-nin reytinqləri üzrə proqnoz yenidən baxılaraq, “Neqativ”-dən “Stabil”-ə dəyişdirilmişdir
Portuqalıya kinoşirkəti “STORY of KHOJALI” adlı film ekranlaşdırıb (VİDEO)
Azərbaycanda 180 nəfər COVID-19-dan sağalıb, 219 nəfər yoluxub, 4 nəfər vəfat edib
Qəbələdə ağac kəsən şəxs cəzalandırılıb
Srebrenitsa anaları Ağdamda olublar (FOTO)
Əfv komissiyası hansı müraciətlərə baxıb?
Xocalı faciəsinin 29-cu ildönümü Bolqarıstanda anılıb (FOTO)
Şirvanda qadını öldürməkdə şübhəli bilinən şəxslər tutuldu
Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
Naqif Həmzəyev “A Haber” televiziya kanalında Xocalı soyqırımından danışıb (FOTO/VİDEO)
Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib (FOTO)
ADU-nun Çinşünas tələbələri Xocalı faciəsini yad edib (FOTO)
Prezident İlham Əliyev 4 saatdan çox davam edən konfransda 50-yə yaxın sualı cavablanıdırb
Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 erməni axtarışa verilib - Baş prokuror
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
Prezident İlham Əliyevin bir neçə dildə danışması xarici jurnalistləri təəccübləndirib: Rekorda imza atdınız (VİDEO)
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Seulda silsilə tanıtım və məlumatlandırma aksiyaları davam etdirilib (FOTO)
Xocalıda cinayətlərin törədilməsində günahkar olan hər kəs ədalətli cəzasını almalıdır - Ukraynalı ekspert
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və regionlarda ağaclar əkilib (FOTO)
Vətəndaşlar "Ana harayı" abidəsini ziyarət edirlər (FOTOREPORTAJ)
İranda ötən sutkada 69 nəfər koronavirusdan ölüb
Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin növbəti görüşünün vaxtı açıqlanıb
Xocalı soyqırımının 29-cu ildönümü Bolqarıstan mətbuatında işıqlandırılıb (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
Qarabağla bağlı razılaşmalar icra olunur - Peskov
"Azİz" Assosiasiyası beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırıb
Paşinyanın “lift diplomatiyası” – O, Düşənbədə Azərbaycan Prezidentinə nə barədə söz veribmiş? (VİDEO)
Vaşinqtonun küçələrində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası başlayıb (FOTO)
Xocalı faciəsinin ildönümü ilk dəfədir ki, başıuca formada qeyd olunur - Alim
İsraildə Xocalı soyqırımına həsr olunmuş videokonfrans keçirilib
Martın 1-dən yenidən külək güclənəcək, rayonlara qar yağacaq
Gövhər Baxşəliyevanın Xocalı soyqırımı barədə məqaləsi İordaniyada yayımlanıb
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımı mövzusunda mühazirə keçirilib (FOTO)
Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi
1992-ci ildə Xocalıda həlak olanların xatirəsini anırıq - ABŞ səfiri
Azərbaycanda çay plantasiyalarının güzəştli sığortası başlayıb
Xocalı soyqırımına həsr olunmuş musiqi əsərinin Kaliforniyada premyerası keçirilib
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)
Məcburi köçkünlərin aylıq müavinətdən “YAŞAT” fondu üçün vəsait tutulmayıb - Komitə
Əlindəki fənər bu uşağı Xocalıda qurban olmaqdan xilas edib (VİDEO)
Prezident İlham Əliyevdən jurnalistin sualına sərt reaksiya: Bu, sadəcə olaraq Azərbaycanı ittiham etməkdir (VİDEO)
Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur (FOTO)
Prezident İlham Əliyev: Statusun ünvanını göstərmişəm, status haradadır, onu hər kəs bilir (VİDEO)
Sabah 13 dərəcəyədək isti olacaq
Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Prezident İlham Əliyev: Təklif edirəm ki, "Dağlıq Qarabağ"da suaxili dilini “rəsmi dövlət dili” elan etsinlər (VİDEO)
Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb (FOTO)
Sosial-psixoloji xidmət dairəsini genişləndirməliyik - Bahar Muradova
Prezident İlham Əliyev: Biz yeni reallıqlar yaratmışıq, Ermənistan və bütün başqa ölkələr bu reallıqla hesablaşmalıdır
Prezident İlham Əliyev: Bizim birinci mərhələdə məqsədimiz azad edilmiş torpaqlara vətəndaşların qayıtmasıdır
Ermənilər işğal olunmuş ərazilərdə faktiki olaraq bütün dini-tarixi abidələri məhv ediblər - Komitə sədri
Prezident İlham Əliyev: Erməni əsgərləri iki ahıl insanı kənddə qoyub qaçmışdılar
Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm - Ərdoğan
ADU-da İngilis jurnalisti İan Pirtsin iştirakı ilə Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirilib
Bakıda 1000 manata tapança satmaq istəyən şəxs saxlanılıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bizim erməni xalqı ilə işimiz yoxdur
Kişilər intihara daha çox meyil edirlər - Bahar Muradova
Atalarla, ailədəki gənc oğlanlarla maarifləndirmə layihələri keçirilməlidir - Komitə sədri
Azad Rəhimovun vəziyyəti yaxşılaşır - Nazir müavini
Nigeriyada 300-dən çox məktəbli qaçırıldı
Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşır
Xudavəng monastrı ermənilərə məxsus deyil - Agentlik sədri
Şəhidlərimizin qanı yerdə qalmadı, qisasları alındı - Əli Əhmədov
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ombudsmanın beynəlxalq ictimaiyyətə videomüraciəti
Bütün xəbərlər