...

Ermənilər dini abidələrimizi məhv etmək üçün bütün əməlləri törədiblər - Hikmət Hacıyev

Siyasət Materials 15 Noyabr 2020 15:25 (UTC +04:00)
Ermənilər dini abidələrimizi məhv etmək üçün bütün əməlləri törədiblər - Hikmət Hacıyev

Bakı. İlhamə İsabalayeva - Trend:

İlkin araşdırmalar zamanı Ermənistanın işğal edilmiş ərazilərimizdəki maddi-mədəniyyət abidələrinə, xüsusilə məscidlərimizə və digər dini abidələrimizə zərər vurduğunu açıq şəkildə görürük.

Trend-in məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, onlar bu abidələrdə donuzların saxlanılmasından başlamış abidələrin məhv edilməsi istiqamətində bütün əməlləri törədiblər:

“İşğal altında olan ərazilərimizin azad edilməsi başa çatdıqdan sonra aparılan daha təfərrüatlı araşdırmalar nəticəsində Ermənistanın illər uzunu həmin ərazilərdə törətdiyi bu qanunazidd əməllərin nəticələri özünü daha aydın büruzə verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti