...

Helsinkidə Vətən müharibəsi şəhidləri yad edilib

Siyasət Materials 9 Dekabr 2020 10:36 (UTC +04:00)
Helsinkidə Vətən müharibəsi şəhidləri yad edilib

Bakı. Trend:

Finlandiyada fəaliyyət göstərən Azəri-Türk Gənclər Təşkilatının və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə Helsinki şəhərində Vətən müharibəsi şəhidləri yad edilib.

Diaspora İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, video formatda keçirilən anım tədbiri zamanı torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azər-Türk Gənclər Təşkilatının rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ulviyyə Cabbarova bildirib ki, 44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan əsgərinin və zabitinin misilsiz qəhrəmanlığına şahid olub. Ümummilli liderimiz Heydər Əliyevin “Hər bir şəhid bizdən ötrü böyük itkidir. Onların xatirəsi hər birimiz üçün əzizdir və qəlbimizdə daim yaşayacaqdır" fikrini xatırladan diaspor rəhbəri qeyd edib ki, xalqımız Vətən yolunda şəhid olmuş övladlarının fədakarlığını unutmayacaq və onların xatirəsini daim uca tutacaq.

Tədbir Vətən müharibəsində çiyin-çiyinə döyüşən mayor Çingiz Qəhrəmanov və oğlu Rəşad Qəhrəmanzadəyə həsr olunmuş videoreportajın nümayişilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti