...

Makronun şəxsən özünün, işğal olunmuş ərazilərdə siyasi, iqtisadi və hərbi maraqları olub - Arzu Nağıyev

Siyasət Materials 27 Dekabr 2020 19:36 (UTC +04:00)
Makronun şəxsən özünün,  işğal olunmuş ərazilərdə siyasi, iqtisadi və hərbi maraqları olub - Arzu Nağıyev

Bakı. Trend:

Fransa Prezidenti Emanuel Makron Ermənistanın Baş Naziri Nikol Paşinyanın şəxsiyyəti və davranışından şübhələndiyini bildirib.

O bunu noyabrın 9-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra erməni icmasının nümayəndələri ilə görüşərkən deyib. Makron müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını, lakin Ermənistan Baş Nazirinin heç vaxt öz təşəbbüsü ilə ona zəng vurmadığını və heç nə xahiş etmədiyini bildirib.

Trend-in məlumatına görə, Millət vəkili Arzu Nağıyev "Real tv"yə açıqlamasında bildirib ki, həm Emanuel Makronun şəxsən özünün, həm də Fransanın işğal olunmuş ərazilərdə siyasi, iqtisadi və hərbi maraqları olub. Ona görə də Makron hökuməti bu ərazilərin əldən çıxması ilə barışa bilmir:

"44 günlük müharibə ərəfəsində olduğu kimi müharibədən sonra da Fransanın, o cümlədən Makronun mövqeyində heç bir dəyişiklik olmadı. Kiçik bacıları Ermənistana həm siyasi, həm iqtisadi, həm də humanitar dəstəklərini davam etdirdi. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa bitərəf mövqe sərgiləməli idi.

Görünür, Emanuel Makron ATƏT in Minsk qrupunun həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib. Makronun açıqlamaları və fəaliyyəti bir daha göstərir ki, Fransa balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmayıb və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti