...

Prezident İlham Əliyev gələn il üçün ehtiyac meyarının həddini təsdiqləyib

Siyasət Materials 31 Dekabr 2020 12:42 (UTC +04:00)
Prezident İlham Əliyev gələn il üçün ehtiyac meyarının həddini təsdiqləyib

Bakı. Trend:

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunu imzalayıb.

Trend xəbər verir ki, sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilib.

Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti