“Nizami Gəncəvi İli”nin elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə və özünə qayıdışına sahibliyinin sübutudur - Elnur Əliyev

“Nizami Gəncəvi İli”nin elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə və özünə qayıdışına sahibliyinin sübutudur - Elnur Əliyev

Bakı. Trend:

Xalqın ən böyük sərvətlərindən biri milli-mənəvi dəyərlərinin, mədəniyyətinin formalaşmasında rol oynayan dahi şəxsiyyətləri, tanınmış mütəfəkkirləridir. Çünki bir xalqın dünya sivilizasiyasında özünəməxsus yer tutmasında dahi şəxsiyyətləri xüsusi rol oynayır. Biz də o xoşbəxt xalqlardanıq ki, söz yaradıcılarımız bəşəriyyətə öz töhfəsini verib və bütün dünyada tanınır, sevilir. Belə əvəzolunmaz dahilərimizdən biri də heç şübhəsiz özünəqədərki bəşəri dəyərlərin zirvəsində dayanan Nizami Gəncəvidir. Dahi Şeyx Nizaminin həyatı və ədəbi-elmi irsi hər kəs üçün ən yaxşı nümunə, örnəkdir.

Bu il anadan olmasının 880 illik yubileyi tamam olan məşhur mütəfəkkirimizin ölməz ədəbi irsi təkcə xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilməyib, eyni zamanda əsərlərindəki humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, dərin fəlsəfi fikir bütünlükdə insanlığa ünvanlanıb. Qüdrətli söz sənətkarının məşhur “Xəmsə”si bəşəriyyətin mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutub. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.01.2021-ci il tarixli Sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli”nin elan edilməsi mədəni və siyasi baxımdan böyük əhəmiyyət kəsb edir.

Bu Sərəncamı təkcə ölkəmizdə deyil, həmçinin ölkə hüdudlarından kənarda da qüdrətli söz və fikir ustadının fəlsəfəsini daşıyan insanlara verilən qiymətin təzahür forması kimi qiymətləndirmək olar. 2019-cu ilin “Nəsimi İli”, 2021-ci ilin isə “Nizami Gəncəvi İli” elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə və özünə qayıdışına sahibliyinin sübutudur.

Nizami fəlsəfəsi Şərqlə Qərbin bir-birinə “aşiq olduğu” bu coğrafiyanın hələ XII əsrdən intellektli insanların, mədəni müxtəlifliyin, tolerantlığın beşiyi olduğunu göstərir. Nəzərə alsaq ki, hələ bu dövrlərdə dünyanın bir çox yerində ilk ali təhsil müəssisələri yenicə yaranırdı, dini zəmində münaqişələr baş verirdi, Azərbaycanda isə xalqımız humanizm fəlsəfəsi ilə tərbiyələndirilirdi. Kamil insanın inkişaf dövrlərindən söz açılırdı. Elə məhz buna görə də belə şəxsiyyətlərin geniş təbliğinə böyük ehtiyac var. Mədəniyyətlərarası ziddiyyətlərin dərinləşdiyi, dini ayrı-seçkiliyin siyasi ritorikada aktuallaşdığı bir vaxtda sülhü, ədaləti, dialoqu, həmrəyliyi təbliğ edən mütəfəkkirlərin təbliği çox vacibdir. Bu baxımdan belə ənənələri formalaşdıran Nizami Gəncəvilərin dünyaya təbliği böyük əhəmiyyət kəsb edir.

Zəngin mədəniyyətin yetişdirdiyi belə şəxsiyyətlərin təbliği siyasi baxımdan da xüsusi məna daşıyır. Bu il xalqımız həm də şanlı ZƏFƏRİMİZİN 1 yaşını qeyd edəcək. 880 il sonra Azərbaycan xalqı ədaləti təbliğ edən xalqdan həm də ədaləti təmin edən xalq kimi özünü təsdiq etdi. Bu baxımdan 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin xüsusi siyasi yükü var.

2012-ci ildə Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan və dəstəyi ilə fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən 2021-ci ildə də dahi azərbaycanlı şair və mütəfəkkirin təbliği istiqamətində bir sıra fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Mərkəz bu günə kimi ölkəmizin beynəlxalq arenada müsbət imicinin gücləndirilməsi, eləcə də ölkə həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılması istiqamətində həyata keçirilən fəaliyyətlərə böyük töhfə vermişdir.

“Nizami Gəncəvi İli” çərçivəsində mərkəzin təşəbbüsü ilə bir sıra mötəbər nəşrlərin çapı nəzərdə tutulur. Bunlardan biri Şərq miniatür sənəti tarixinin öyrənilməsinə həsr edilmiş “Şair və Nəqqaş Qələminin Sehri. Nizami “Xəmsə”sindən seçilmiş miniatürlər” adlı elmi-kütləvi kitabın (Azərbaycan və İngilis dillərində) çap edilməsidir. Belə ki, həmin nəşr orta əsrlərdə mövcud olan bütün miniatür məktəblərini (Təbriz, Herat, Şiraz, Qəzvin, İsfahan və s.) əhatə edən, eləcə də Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poemalara müxtəlif dövrlərdə çəkilmiş miniatürlər əsasında hazırlanır. Sözügedən illustrasiyalar Asiya, Avropa, Şimali Amerikanın böyük muzey və kitabxanalarında saxlanılan rəsm nümunələri əsasında toplanıb. İlk dəfə olaraq Nizaminin əsərlərinə çəkilmiş və İstanbulun Topqapı Sarayı Kitabxanasında saxlanılan 69 ədəd “Xəmsə”nin rəsmi əlyazma nüsxələrindən 41 ədədi araşdırmaya cəlb olunub. Rusiya Milli Kitabxanasında saxlanılan “Xəmsə” əlyazmalarına çəkilmiş rəsmlər ayrıca bir fəsildə təqdim olunur və kitabı xeyli zənginləşdirir. Eyni zamanda Nizami Gəncəvinin həyat və yaradıcılığı məşhur Azərbaycan şərqşünası, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Harvard Universitetinin fəxri doktoru Rüstəm Əliyevin “Əbədi məhəbbət haqqında poema” əsərindən seçmələrlə təqdim olunur. Həmçinin kitabda “Müasir Azərbaycan miniatürü” adlı fəsil göstərir ki, bu gün Azərbaycanın bir çox yaxşı fırça ustalarının marağını klassik miniatür sənəti cəlb etməkdədir və həmin sənət onların qarşısında yeni yaradıcılıq axtarışları üçün geniş meydan açır.

Bundan əlavə Nizami dövrünü ictimai-siyasi və mədəni münasibətlər müstəvisində araşdırmaq, Nizamini bu günün ədəbi-bədii təfəkkürü daxilində təhlil edib onu milli kimliyimizin təzahür forması kimi təqdim etmək məqsədilə “Nizami çağı” adlı elmi araşdırma kimi müxtəlif nəşrlərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur. Bütün bunlarla yanaşı Mərkəz tərəfindən yerli və əcnəbi nizamişünasların iştirakı ilə Nizami irsinin tədqiqi və təbliği məqsədilə beynəlxalq konfransların, onlayn müzakirələrin təşkili planlaşdırılır.

“Nizami Gəncəvi İli” çərçivəsində Mərkəz tərəfindən həyata keçirilən layihə və tədbirlər, ümumilikdə, Azərbaycanın və ədibin dünyada geniş təbliği istiqamətində aparılan uğurlu fəaliyyətə töhfə olacaqdır.

Elnur Əliyev,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin

Himayəçilər Şurasının sədri

ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Loading Bars
Xəbər lenti
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
Gürcüstanda son sutkada 248 koronavirusa yoluxma halı aşkarlanıb
Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi - Leyla Abdullayeva
Ağdam rayonunun Eyvazxanbəyli kəndi (FOTO/VİDEO)
Uruqvayda koronavirus əleyhinə vaksinasiya başlanılıb
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Sabahın hava proqnozu açıqlanıb
Qazaxıstanda koronavirusdan son sutka 590 nəfər sağalıb, 791 nəfər yoluxub
Prezidentin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli oldu - Deputat
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib (FOTO)
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib (FOTO)
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Peru sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb (FOTO/VİDEO)
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Alyaskada 5,3 bal gücündə zəlzələ olub
Füzulidə tikiləcək beynəlxalq hava limanı Qarabağa açılan qapı olacaq (VİDEO)
Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib
ÜST: Dünyada ötən sutka koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb
Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis
Hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntılar görmədim - Ukraynalı hərbi müxbir Ağdamda (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya "O Kanal" kanalının Ağdamdan REPROTAJI
2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar
Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir
Türkiyədə martın 2-dən məktəblər açılır
Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib
Zərdabda qadın evdən külli miqdarda pul oğurladı
Lənkəranda heroin daşıyan avtomobil yaxalandı
Bazar günü 16 dərəcəyədək isti olacaq
Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb (FOTO)
Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO)
Ağsu sakinindən odlu silah götürülüb
Fransada Qarabağ həqiqətlərini əks etdirən qətnamələrin qəbulu üzrə təklif hazırlanır - Fransalı deputatın "Lagazetteaz.fr" qəzetinə müsahibəsi
Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
Prezidentin mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər uğurlu oldu - Deputat
Bakı metrosu ötən ilin 202 günü bağlı qalıb
Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır
Azərbaycanın qlobal proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib - Deputat
Bakı və Abşeronda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri - SİYAHI
Qubadlı rayonunun Əfəndilər kəndi (FOTO/VİDEO)
Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq - Sahil Babayev
Azərbaycan nefti ucuzlaşıb
Karantini pozan kafenin icarədarı və müştərilər cərimələnib (FOTO)
Çexiyada koronavirusa görə hərəkət 3 həftəlik məhdudlaşdırılır
Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır - Nazirlik
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri həbs edilib (FOTO)
Bakı və Abşeronda "Kənddən Şəhərə" yarmarkası keçirilir - ÜNVANLAR
Bütün xəbərlər