...

Dövlət başçısının Şuşaya xüsusi nümayəndə təyin etməsi böyük quruculuq işlərinin növbəti müjdəsidir - Deputat

Siyasət Materials 28 Yanvar 2021 15:33 (UTC +04:00)
Dövlət başçısının Şuşaya xüsusi nümayəndə təyin etməsi böyük quruculuq işlərinin növbəti müjdəsidir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Dövlət başçısı tərəfindən Şuşaya xüsusi nümayəndənin təyin olunması olduqca əlamətdar hadisədir və eyni zamanda, Şuşaya olan diqqətin, Şuşada bundan sonra başlayacaq böyük quruculuq işlərinin növbəti müjdəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Şuşa bizim tariximizdir, mədəni irsimizdir: “Şuşa Qarabağın döyünən ürəyidir. Şuşa bizə o qədər doğmadır ki, onu həm də simvol kimi qəbul etmişik. Ona görə də Şuşanın işğaldan azad olunması və həmin xəbərin Ali Baş Komandan tərəfindən elan edilməsi hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyətli bir hadisə idi. Həmin gün bu ölkədə hamı sevincindən ağladı, hamı bayram elədi, hamı həyatının ən xoşbəxt günlərindən birini yaşadı.

Şuşanın işğaldan azad edilməsi ermənilərə dağ çəkib. Naqis düşmən məhz Şuşanı uduzandan sonra anladı ki, təcili bir şəkildə kapitulyasiya aktına qol çəkməlidir. Ona görə diz çökdülər, yalvardılar, məğlubiyyətlərini etiraf etdilər. Üstəlik, həmin məğlubiyyətdən doğan rəzil durum bu gün də erməni seqmentinin bütün sahələrində hiss olunur. Hətta hökumət üzvlərinin açıqlamalarında belə. Yəqin xatırlayırsınız, bir müddət öncə Ermənistanın xarici işlər naziri Ara Ayvazyan belə bir sərsəm açıqlama vermişdi ki, “Şuşa ermənilərin mədəniyyət mərkəzidir”.

Təsəvvür edirsinizmi? Görün, bunlar nə qədər məntiqsiz, nə qədər bəsit adamlardır. Görün, bunların içi hələ də necə yanır. O zaman bu bədbəxt diplomata sual verən gərək ki, bəs, Şuşa mədəniyyət mərkəziniz idisə, niyə onu 30 il boyunca o günə, o hala salmışdınız? Niyə daş üstdə daş qoymamışdınız? Niyə bütün mədəni irsi, mədəni mərkəzləri, tarixi abidələri güllə altına vermişdiniz? Bu namərdlərdə utanma hissi o qədər tükənib ki, artıq ağıllarına da gələni yox, məhz ağızlarına gələni danışırlar. Niyə? Çünki rabitə itib, məntiq itib, qiymətləndirmə itib, realizm itib. Erməni hər şeyi bax bu cür saxtalaşdırmağa çalışır. Tarix boyunca da saxtalaşdırıb”.

Deputat vurğulayıb ki, Şuşa qədim Azərbaycan ərazisidir, Pənahəli xanın əsəridir, bizlərin dədə-baba məkanıdır:

“Şuşa 30 ilə yaxın işğal altında qaldı, dağıdıldı, söküldü, istismar olundu. Təcavüzkar düşmən bu şəhəri də vicdansızca, əclafca, nakişicə viran günə saldı. İndi isə Şuşa artıq xilas olub. Şuşa indi nəfəs alır. Şuşa indi rahatdır. Şuşa indi xoşbəxtdir.

Şuşa Azərbaycanın döyünən ürəyidir. Şuşanı Azərbaycanın igid əsgərləri əlbəyaxa döyüşlə, dünya tarixinə qızıl hərflərlə yazılacaq qəhrəmanlıqla geri qaytarıblar. Şuşa bundan sonra əbədiyyən Azərbaycanın olacaq. Şuşanı bundan sonra göz bəbəyimiz kimi qoruyacağıq. Şuşaya artıq yol çəkilir, Şuşada artıq Azərbaycan bayrağı dalğalanır, Şuşada artıq Azərbaycanın dövlət idarələrinin şöbələri təsis olunur, infrastuktur formalaşır. Artıq Şuşada, İsa bulağında Paşinyan yallı gedə bilmir. Artıq Şuşaya, İsa Bulağına Azərbaycanın Ali Baş Komandanı səfər edir. O hətta gecəni Şuşada qalır, sabahını orada açır, dünyaya mesajlarını bu müqəddəs torpaqdan verir.

Ali Baş Komandan və müzəffər ordumuz var olsun. Şükür, bu xoşbəxt günlərə”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti