...

Aİ və Azərbaycan post-pandemiya dövründə dəstək proqramını müəyyən edib

Siyasət Materials 29 Yanvar 2021 13:14 (UTC +04:00)
Aİ və Azərbaycan post-pandemiya dövründə dəstək proqramını müəyyən edib

Bakı. Ceyla Əliyeva, Orxan Nəbiyev - Trend:

Avropa İttifaqı (Aİ) və Azərbaycan ölkənin post-pandemiya dövründə dəstəklənməsi üçün növbəti iki il üçün proqramı müəyyən edib.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O əlavə edib ki, proqramın reallaşdırılması üçün maliyyə də müəyyənləşdirilib.

K.Yankauskasın sözlərinə görə, fevralın 15-də "EU for Azerbaijan" saytı işə salınacaq və bu saytda layihələr barədə məlumat yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti