...

İtalyan Senatı Mario Draginin rəhbərlik etdiyi hökümətin lehinə səs verib

Siyasət Materials 18 Fevral 2021 07:48 (UTC +04:00)
İtalyan Senatı Mario Draginin rəhbərlik etdiyi hökümətin lehinə səs verib

Bakı. Trend:

İtaliya Senatı Avropa Mərkəzi Bankının sabiq sədri Mario Draginin rəhbərlik etdiyi yeni kabinetin lehinə səs verib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının mətbuat xidməti bildirib.

Senatorlardan 262-si nazirlər kabinetinin yeni heyətinin tam şəkildə təsdiq olunması qərarını dəstəkləyib, 40 nəfəri əleyhinə səs verib, ikisi bitərəf qalıb.

Xatırladaq ki, daha əvvəl Cuseppe Kontenin rəhbərlik etdiyi hökumət Senatda mütləq əksəriyyəti itirərək istefaya getmək məcburiyyətində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti