...

ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir

Siyasət Materials 25 Fevral 2021 18:45 (UTC +04:00)

Bakı. Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev - Trend:

ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde yaxın zamanlarda Azərbaycana və Ermənistana səfər etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə o, ATƏT Parlament Assambleyasının qış sessiyasında deyib.

O bildirib ki, səfər zamanı İkinci Qarabağ müharibəsindən sonra regiondakı vəziyyətlə tanış olmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti