Bakı. Ceyhun Ələkbərov - Trend:
Müqavilə əsasında Azərbaycana daha 432 min doza "AstraZeneca" vaksini gətiriləcək.
Bunu jurnaliatlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
O qeyd edib ki, vaksinlər Cənubi Koreya istehsalıdır: “Əlbəttə, nə qədər tez əhali peyvənd olunsa, kollektiv immunitet yaranmaqla insanlar bir o qədər tez bu bəladan müəyyən qədər xilas olacaq”.
V.Qasımov əlavə edib ki, ölkədə bu günə kimi 900 mindən artıq insana peyvənd vurulub.