...

Trend BİA və Qırğızıstanın "Kabar" agentliyinin rəhbərləri birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər

Siyasət Materials 11 Aprel 2021 21:47 (UTC +04:00)
Trend BİA və Qırğızıstanın "Kabar" agentliyinin rəhbərləri birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər

Bakı. Trend:

Bu gün, aprelin 11-də Bakıda Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru İlqar Hüseynov və Qırğızıstanın "Kabar" Milli İnformasiya Agentliyinin direktoru Kubanıçbek Taabaldiyev əməkdaşlığı genişləndirmək və birgə layihələrin həyata keçirilməsi barəsində razılığa gəliblər.

Trend-in məlumatına görə, tərəflər iki agentlik arasında əlaqələrin möhkəmləndirilməsi perspektivlərini, informasiya sahəsində qarşılıqlı əlaqəni və mümkün birgə proqramları müzakirə ediblər.

"Kabar" və Trend-in rəhbərləri əməkdaşlığın genişləndirilməsi üçün planların hazırlanmasını razılaşdırıblar.

Qırğızıstanın "Kabar" Milli İnformasiya Agentliyi ölkənin yeganə dövlət informasiya və analitika qurumudur. "Kabar" eyni zamanda ölkənin daxili və xarici siyasətinin koordinatoru rolunu oynayır. Agentlik ilk növbədə Qırğızıstan Respublikasında və xaricində dövlət orqanları, vətəndaş cəmiyyəti strukturları, iş birlikləri tərəfindən verilən rəsmi məlumatları və digər məlumatları yayır.

Trend Beynəlxalq İnformasiya Agentliyi 1995-ci ildə Azərbaycanda təsis edilən müstəqil informasiya agentliyidir. Xəzər bölgəsi, Cənubi Qafqaz və Orta Asiyadan olan xəbərləri oxuculara təqdim edir. Agentlik bu bölgələrin əsas siyasi, iqtisadi, enerji və maliyyə məsələlərinə dair analitik hesabatlar və məqalələr hazırlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti