...

Nə tariximizdə, nə də millətimizin vicdanında yeri olmayan bu ifadələr heç bir halda qəbul edilə bilməz - Əbdürrahman Uzun

Siyasət Materials 26 Aprel 2021 18:19 (UTC +04:00)
Nə tariximizdə, nə də millətimizin vicdanında yeri olmayan bu ifadələr heç bir halda qəbul edilə bilməz - Əbdürrahman Uzun

Bakı. Trend:

Nə tariximizdə, nə də millətimizin vicdanında yeri olmayan bu ifadələr heç bir halda qəbul edilə bilməz.

Bunu Trend-ə Türkiyənin Müstəqil Sənayeçilər və Sahibkarlar Assosiasiyasının (MÜSİAD) Azərbaycan şöbəsi və idarə heyətinin sədri Əbdürrəhman Uzun ABŞ Prezidenti Cozef Baydenin 1915 ci il hadisələri haqqında "erməni soyqırımı" ifadəsini işlətməsini şərh edərkən bildirib.

“ABŞ hökuməti tərəfindən tarixi həqiqətlərdən uzaq bir şəkildə ölkəmizi və millətimizi hədəf alan əsassız və çirkin ittihamları rədd edirik, 1915-ci ildə erməni silahlı dəstələrinin həyata keçirdiyi terror səbəbi ilə baş verən məcburi köçürmə zamanı yaşanan hadisələrin bu gün siyasi populizm alətinə çevrilməsini qətiyyətlə pisləyirik. Nə tariximizdə, nə də millətimizin vicdanında yeri olmayan bu ifadələr heç bir halda qəbul edilə bilməz” - deyə, o qeyd edib.

A.Uzun vurğulayıb ki, siyasi manevrlər və maraqlara əsaslanan qərarlarla tarix dəyişdirilmir, bu qərar tarixi həqiqətləri təhrif etməkdədir.

“Tarix siyasi maraqlara əsaslanan və lobbilərə xoş görünmək məqsədilə addım atan populist siyasətçilər tərəfindən deyil, həqiqətin izində olan tarixçilər tərəfindən yazılmalıdır” - deyə, Uzun əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti