...

Rusiya ilə ABŞ arasındakı münasibətlərin formatı barədə Putin qərar verəcək - ABŞ Dövlət katibi

Siyasət Materials 6 May 2021 21:31 (UTC +04:00)
Rusiya ilə ABŞ arasındakı münasibətlərin formatı barədə Putin qərar verəcək - ABŞ Dövlət katibi

Bakı. Trend:

Moskva ilə Vaşinqton arasındakı münasibətlərin gələcək formatına dair qərarı Rusiya prezidenti Vladimir Putin verməlidir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın "ICTV" telekanalına verdiyi müsahibədə deyib: "Rusiya ilə daha sabit, proqnozlaşdırıla bilən bir münasibətə üstünlük verərdik <...> Əslində hazırda bu barədə qərar vermək prezident Putinə qalır. O və Rusiya addımları ilə qabaqcadan gözlənilə bilən və sabit əlaqəyə girmək üçün [ABŞ-la] çalışmaq barədə qərar verə bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti