...

Bayden Netanyahuya atəşkəsin əldə edilməsi üçün təzyiq edib - CNN telekanalı

Siyasət Materials 21 May 2021 04:42 (UTC +04:00)
Bayden Netanyahuya atəşkəsin əldə edilməsi üçün təzyiq edib - CNN telekanalı

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayen İsrail Baş naziri Binyamin Netanyahuya təzyiq göstərərək Yəhudi dövlətinin səlahiyyətlilərindən Fələstin HƏMAS hərəkatı ilə barışığa razılıq verilməsini tələb edib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "CNN" televiziya şirkəti məlumat verib.

Bildirilir ki, mayın 19-da telefon danışığı zamanı amerikan administrasiyasının başçısı İsrail baş nazirinə barışıq barədə müddət açıqlayıb. "CNN" mənbələri qeyd edirlər ki, C.Bayden Netanyahu ilə danışarkən əsəbini gizlətməyib və söhbətdə əvvəlkindən daha "birbaşa, açıq və qərəzsiz" ifadələr işlədib. Həmin gün Ağ Evin mətbuat xidməti Cozef Baydenin Netanyahudan İsrail və Fələstin arasındakı gərginliyin ciddi şəkildə azalmasını gözlədiyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti