...

Azərbaycan daha bir ölkədə səfirlik açır - Parlament təsdiqlədi

Siyasət Materials 25 May 2021 12:39 (UTC +04:00)
Azərbaycan daha bir ölkədə səfirlik açır - Parlament təsdiqlədi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan daha bir ölkədə səfirlik təsis edəcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasına daxil edilib.

Belə ki, iclasda “Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti