...

Almaniya İkinci Qarabağ müharibəsində Azərbaycanla döyüşsəydi, çətin ki, qələbə şansı olardı - Almaniyalı ekspert

Siyasət Materials 14 İyun 2021 11:46 (UTC +04:00)
Almaniya İkinci Qarabağ müharibəsində Azərbaycanla döyüşsəydi, çətin ki, qələbə şansı olardı - Almaniyalı ekspert

Bakı. Trend:

Almaniya ordusu hər gün daha da çox gücləndirilən döyüş dronlarının potensial hücumundan zəif müdafiə olunub.

Trend-in məlumatına görə, bunu Almaniya Müdafiə və Strateji Tədqiqatlar İnstitutunun müasir müharibələr və yeni texnologiyalar üzrə eksperti Mixael Karl deyib.

O bildirib ki, müasir münaqişədə sağ qalmaq üçün bundesverə Almaniyada olan, amma silahlı qüvvələrdə istifadə etmədiyi texnologiyalar lazımdır:

"Pilotsuz uçuş aparatları və ya kamikadze PUA-lar kimi silah sistemlərinə qarşı biz özümüzü müdafiə edə bilməzdik. Orduda hava hücumundan müdafiə sisteminin olmaması bizim üçün faciəvi ola bilər. Uzun sözün qısası, əgər bundesver İkinci Qarabağ müharibəsində Azərbaycanla döyüşsəydi, çətin ki, qələbə şansı olardı".

(Tərcmə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti