...

Beynəlxalq ictimaiyyət mina xəritələri müqabilində Azərbaycanın saxlanılan erməniləri təhvil verməsini alqışlayır - "Azernews" qəzeti

Siyasət Materials 14 İyun 2021 15:46 (UTC +04:00)
yeni Bakı-İrəvan müqaviləsini alqışlayır
Beynəlxalq ictimaiyyət mina xəritələri müqabilində Azərbaycanın saxlanılan erməniləri təhvil verməsini alqışlayır - "Azernews" qəzeti

Bakı. Trend:

"Azernews" qəzetinin 14 iyun buraxılışında işıq üzü görmüş məqalə Bakı ilə İrəvan arasında imzalanmış 12 iyun sazişinə beynəlxalq ictimaiyyətin pozitiv münasibətini əks etdirir.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, qlobal səviyyədə alqışlanan razılaşma 15 erməni məhbusunun müqabilində Ağdam rayonunnun mina xəritələrinin təqdimatını özündə ehtiva edir. Beynəlxalq ictimaiyyət tərəfindən böyük məmnuniyyətlə qarşılanan addım, tərəflər arasında gələcək əməkdaşlığın yolunu açacaq mühüm bir humanitar və etimad yaratma jesti kimi qiymətləndirilir.

Bİr çox ekspertər bunu Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik, siyasi və beynəlxalq uğuru kimi qiymətləndirir, çünki Prezident mümkün olması təsəvvürə gəlməz bir şeyi mümkün etdi.

Məqalədə həmçinin əldə olunmuş razılaşmadan qısa müddət əvvəl Prezident Əliyevin Ermənistanın basdırdığı bütün mina xəritələrini Azərbaycana təqdim etməli olması barədə fikirləri qeyd olunub. O bildirinb ki, Ermənistan sülh istəyirsə Azərbaycanla sərhədlərin delimitasiyasına dair danışıqlara başlamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti