...

Fransa Azərbaycanın mina xəritələri müqabilində 15 ermənini azad etməsini alqışlayır

Siyasət Materials 6 İyul 2021 13:17 (UTC +04:00)
Fransa Azərbaycanın mina xəritələri müqabilində 15 ermənini azad etməsini alqışlayır

Bakı. Trend:

Fransa Azərbaycanın Füzuli və Zəngilan rayonlarının mina xəritələrinin verilməsi müqabilində 15 saxlanılan ermənini azad etməsini alqışlayır.

Trend bu barədə Fransanın Azərbaycandakı səfirliyinin bəyanatına istinadən məlumat verir.

Qeyd olunub ki, bu mübadilə regionda gərginliyin azaldılması üçün vacib jestdir və tərəflər arasında etimadın bərpasına xidmət edir:

"Fransa ATƏT Minsk qrupunun həmsədrliyi çərçivəsində tərəfdaşları ilə birgə bu müsbət dinamikanı davam etdirməyə çağırır və tərəflərlə birgə Cənubi Qafqazda möhkəm sülh quruculuğu işinə sadiqliyini ifadə edir".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti