...

Rusiya Qarabağda dinc həyatın qurulmasına töhfə verməyə hazırdır - XİN (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 İyul 2021 12:10 (UTC +04:00)
Rusiya Qarabağda dinc həyatın qurulmasına töhfə verməyə hazırdır - XİN (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Rusiya Qarabağda dinc həyatın qurulmasında, Yerevanla Bakı arasında etimadın möhkəmləndirilməsi, eləcə də qarşılıqlı qıcıqlandırıcı amillərin aradan qaldırılmasına töhfə verməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonası nisbətə sabit qalmaqdadır: "Ayrı-ayrı insidentlər azərbaycanlı və erməni həmkarlarla birgə dərhal həll olunur. Rusiyalı sülhməramlılara qarşı təxribatçı addımlar qeydə alınmır".

M.Zaxarova qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrindəki vəziyyət orada sərhədin beynəlxalq-hüquqi rəsmiləşdirilməsinin olmaması ilə əlaqədardır:

"Biz bu problemin dayanıqlı və uzunmüddətli həlli qismində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiya işinin tezliklə başlamasını görürük. Biz zəruri məşvərətə dəstək göstərməyə hazırıq və hazırda gərginliyin azaldılması məqsədilə xarici siyasət, müdafiə qurumlarının, eləcə də sərhəd xidmətlərinin xətti ilə təmaslar davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti