...

Azərbaycan Prezidenti Naftalan şəhər hava limanı ilə tanış olub (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 22 İyul 2021 17:01 (UTC +04:00)
Azərbaycan Prezidenti Naftalan şəhər hava limanı ilə tanış olub (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

İyulun 22-də Naftalan şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istismar müddəti başa çatmış Naftalan şəhər hava limanına baxdı.

Trend xəbər verir ki, dövlətimizin başçısına hava limanı haqqında məlumat verilib.

Bildirildi ki, 1977-ci ildə istismara verilən hava limanı 1997-ci ilə qədər erməni qəsbkarları tərəfindən dəfələrlə atəşə tutulub. Bu, limanda təyyarələrin enmə və qalxması üçün real təhlükəyə çevrilib. 1997-ci ildə isə hava limanının fəaliyyəti dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti