...

Zəngəzur dəhlizi investisiyaların cəlbi üçün fürsətə çevrilə bilər - Metyu Brayza

Siyasət Materials 16 Avqust 2021 17:12 (UTC +04:00)
Zəngəzur dəhlizi investisiyaların cəlbi üçün fürsətə çevrilə bilər - Metyu Brayza

Bakı. Trend:

Zəngəzur dəhlizi investisiyaların cəlbi, yeni iş yerlərinin açılması və sənaye müəssisələrinin bərpası üçün fürsətə çevrilə bilər.

Bunu Trend-ə açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, bu dəhliz həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyə üçün iqtisadi əlaqələrin bərpasında böyük imkanlar yaradacaq:

"Zəngəzur dəhlizi Ermənistanın region iqtisadiyyatına inteqrasiyasına kömək edəcək. Ümid edirəm ki, qısa zamanda erməni siyasətçilər müharibədəki məğlubiyyət şokundan xilas olacaqlar və ölkədəki qərbyönümlü çoxluq "Böyük Ermənistan" mifindən əl çəkməyin və birlikdə ölkələrini yenidən qurmağın vaxtı gəldiyini başa düşəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti