...

Xalq yazıçısı Elçin: Vaqifin məqbərəsinin açılışında ikinci dəfə iştirak etməyimdən qürur duyuram

Siyasət Materials 30 Avqust 2021 19:35 (UTC +04:00)
Xalq yazıçısı Elçin: Vaqifin məqbərəsinin açılışında ikinci dəfə iştirak etməyimdən qürur duyuram

Bakı. Trend:

Mən 39 il öncə Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişəm. Həmin gün hava qarlı, çovğunlu idi. Buna baxmayaraq Azərbaycanın tanınmış şairləri, yazıçıları, hətta yaşlı nəsildən olan Süleyman Rüstəm, Mehdi Hüseyn və başqaları o çovğunlu gündə Şuşaya gəlmişdi.

Trend xəbər verir ki, bunu Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində jurnalistlərə müsahibəsində Xalq yazıçısı Elçin söyləyib.

İyirmi doqquz ildən sonra Şuşanın işğaldan azad edildiyini deyən Xalq yazıçısı Elçin Azərbaycanın bu qədim şəhərində yenidən açılış mərasimində iştirak etməkdən qürur duyduğunu vurğulayıb: "Vaqifin məqbərəsi əsarətdən azad olundu. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi təmir-bərpa edildi və yenidən quruldu. Bu gün biz bu kompleksin qarşısında yenidən poeziya bayramı keçiririk. Bu bayramı biz günəşli bir gündə qeyd edirik. Bu da rəmzi məna daşıyır. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, respublikamızın ərazi bütövlüyü təmin olunub. Qarabağ, Şuşa azaddır. Şuşanın ənənələri bu gün yaşayır və Müzəffər Ali Baş Komandan İlham Əliyevin ortaya qoyduğu prinsipial siyasi iradə nəticəsində biz bu günü gördük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti