Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda MSK-nın bəzi normativ aktlarına uyğunlaşdırma xarakterli dəyişiklik edilib.
MSK sədri M.Pənahov bildirib ki, dairə seçki komissiyaları və məntəqə seçki komissiyları qanunvericiliyin tələblərinə uyğun formalaşdırılmalıdır və bütün seçki komissiyaları öz fəaliyyətlərini şəffaf qurmalıdır.
M.Pənahov vurğulayıb ki, bəzən xoşagəlməz hallarla bağlı hansısa dairə və məntəqə seçki komissiyası buraxılır: “Bu baxımdan, seçki komissiyaları formalaşdırılarkən çalışmalıyıq ki, hansısa xoşagəlməz hallar gələcəkdə baş verməsin”.