Acıdərə Türk şəhidliyinə yürüş keçirilib (FOTO/VİDEO)

Acıdərə Türk şəhidliyinə yürüş keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Qobustan rayonu ərazisindəki Acıdərə Türk şəhidliyinə vətənpərvərlik yürüşü keçirilib.

Trend xəbər verir ki, Müdafiə Nazirliyinin təşkil etdiyi yürüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunan hərbi attaşelik aparatı əməkdaşları, respublikamızda keçirilən beynəlxalq təlimdə iştirak edən türkiyəli əsgər və zabitlər, Vətən müharibəsinin iştirakçıları və qazilər iştirak ediblər.
Türkiyə və Azərbaycanın Dövlət bayraqları ilə bəzədilən avtomobil karvanı yola düşməzdən öncə layihənin müəllifi polkovnik Abdulla Qurbani Azərbaycan-Türkiyə qardaşlığının tarixi barədə ətraflı məlumat verərək deyib: “Azərbaycan və Türkiyə tarixin müxtəlif mərhələlərində eyni taleyi, eyni faciələri yaşayıb. Dəfələrlə bu ölkələr işğalçılar tərəfindən parçalanmaq, onların aralarında bölüşdürülmək təhlükəsi ilə üzləşsə də, zamanın sərt sınaqlarından hər iki ölkə uğurla çıxmağı bacarıb.

“Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olar” düşüncəsi ilə yaşayan ulu əcdadlarımız bugünkü müstəqil yeni Azərbaycanı və qüdrətli Türkiyə dövlətini bizlərə əmanət edərək əbədiyyətə qovuşublar. Bu, tarixdir və tarixdən heç nəyi silmək olmaz. Tarixinə biganə olan millət öz gələcəyini də sual altında qoyar. Azərbaycan və Türkiyə dar günün, qara günün dostudur, qardaşıdır. Dünən də belə idi, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirlərini bir daha yürüş iştirakçılarına xatırladan polkovnik A.Qurbani qeyd edib ki, Nuru Paşanın və türk qoşun hissələrinin Azərbaycana gəldiyi vaxtdan 103 il keçir. Lakin, bu qardaşlıq köməyi, Bakının və digər bölgələrin erməni-bolşevik işğalından azad edərək şəhidlik zirvəsinə ucalan türk qardaşlarımızın qəhrəmanlıqları heç vaxt yaddan çıxmır, xatirələri həmişə əziz tutulur, onlar hörmətlə, ehtiramla yad edilir.

Azərbaycan xalqı xilaskar Qafqaz İslam Ordusuna minnətdardır. Böyük Azərbaycan sevdalısı Nuru Paşanın bu kəlamlarına nəzər salmaq kifayətdir ki, türk qardaşlarımızın hansı niyyətlə ölkəmizə gəldiklərinin mənasını dərindən dərk edə biləsən: “Qardaş Azərbaycan türkünün mənafeyi hər bir türk üçün müqəddəsdir. Əgər Azərbaycanın azadlığı yolunda yeni qurbanlar lazım olarsa, ona da hazırıq”.
Bu kəlamların deyildiyi vaxtdan bir əsrdən də çox vaxt ötməsinə baxmayaraq yenə də aktualdır, müasirdir.

Bu fikirlərin təsdiqinin biz ötən ilin həm Tovuz döyüşləri, həm də Vətən müharibəsinin ilk günlərindən şahidi olduq, ədalət və haqq savaşımızda yenə də qardaş Türkiyənin böyük dəstəyini hiss etdik. Bu isə bizə daha böyük güc verdi, qələbəyə inamımızı daha da artırdı. Təcavüzkar Ermənistan üzərində qələbə qazanaraq düşməni utancverici məğlubiyyətə uğratdıq.

1918-ci ilin sentyabr ayının 15-də də Türkiyə və Azərbaycanın birgə səyləri nəticəsində ölkəmizi parçalamaq istəyən qüvvələr niyyətlərinə çatmadılar. Bakının işğaldan azad edilməsi haqqın nahaq, müstəqilliyin isə köləlik üzərində qələbəsi idi. Bu, ədalət və müstəqillik uğrunda birgə savaşımızın qələbəsi idi.

Daha sonra A.Qurbani Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan hərbi paradı yada salıb: “1918-ci il sentyabrın 15-də Azadlıq meydanında keçirilən hərbi parad Azərbaycan və qardaş Türkiyənin müştərək Zəfər bayramı idi. Bakının qurtuluşunun 100 illiyi ilə bağlı bu möhtəşəm təntənəyə nəinki azərbaycanlılar, eləcə də Anadolu türkləri, bütün Türkiyə sevinirdi. 100 il öncə olduğu kimi, türk əsgəri azərbaycanlı qardaşları ilə birgə yenidən Bakı təntənəsinə qoşulmuş, bu böyük zəfəri qeyd edirdi. Həmin gün qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi “Azərbaycanın sevinci bizim sevincimiz, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir” fikirləri yəqin ki, hər birimizin xatirindədir.

Bəli, biz bu problemi də birlikdə həll etdik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin təbirincə desək, həqiqətən də, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.

“Dünyanın 34 ölkəsində 78 türk məzarlığı var, Türkiyədən sonra Azərbaycan ən çox türk şəhidinin uyuduğu bir ölkədir. Sovet dönəmində sərt qadağalara baxmayaraq Azərbaycan xalqı bu torpaqlar uğrunda şəhid olan türk əsgər və zabitlərinin məzarlarını qoruyub saxlayıb, onları itib-batmağa, dağılmağa qoymayıb və ziyarətgaha çeviriblər. İndi Azərbaycanın bir çox bölgələrində, o cümlədən paytaxt Bakıda, Naxçıvanda, Göyçayda, Neftçalada, Hacıqabulda, Salyanda, Şəkidə, Şamaxıda şəhid türk əsgərlərinin şərəfinə abidələr ucaldılıb. Bu gün biz Qobustan rayonu ərazisindəki Acıdərə “Türk şəhidliyi”nə yürüş edəcəyik. Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasında birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir. Uğur olsun qardaşlar! Yürüşümüz başlanır!”.

Polkovnik Abdulla Qurbaninin bu sözlərindən sonra hərbi orkestrin ifa etdiyi məşhur “Mehtər” və “Qələbə” marşlarının sədaları altında avtomobil karvanı Acıdərə şəhidliyinə yola düşür.
Acıdərə Türk şəhidliyinə gələn yürüş iştirakçılarını Qobustan və Şamaxı rayonlarının ağsaqqalları, ictimaiyyət nümayəndələri, din xadimləri, Vətən müharibəsi qaziləri və gənclər qarşılayıblar.

Əvvəlcə Osmanlı İmperatorluğunun ən güclü birliklərindən seçilərək qurulan Qafqaz İslam Ordusunun 1130 şəhidinin xatirəsinə ucaldılan abidənin qarşısına Müdafiə Nazirliyinin adından əklil qoyulub. Ziyarətçilər abidə qarşısına qərənfillər düzüblər. Sonra hərbi orkestrin müşayiəti ilə Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri ifa olunub.
Anım mərasimində polkovnik Abdulla Qurbani ermənilərin Şamaxı qəzasında törətdikləri qırğınlardan, erməni quldur dəstələrinin başında duran Stepan Lalayanın insanlığa yaraşmayan bəd əməllərindən, günahsız insanların, qadınların, uşaqların amansızlıqla qətlə yetirilməsindən, Şamaxı Cümə məscidinin, eləcə də kənd məscidlərinin vandalcasına yandırılmasından, yaşayış məntəqələrinin viran edilməsindən, var-dövlətin taranmasından ətraflı danışıb, Fövqəladə Təhqiqat Komissiyasının araşdırdığı tükürpədici erməni-bolşevik vəhşiliklərindən söhbət açıb. Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusunun döyüşçüləri ilə birləşərək 1918-ci ilin iyul ayının 20-dək bütün bu qətliamlara, soyqırımı hadisələrinə son qoyduğu və Şamaxının düşmən işğalından azad edildiyi iftixar hissi ilə xatırlanıb.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov çıxış edərək deyib: “103 il öncə qəhrəman türk sərkərdəsi Nuru Paşanın komandanlığı altında qəhrəman türk əsgəri Azərbaycanın igid oğulları ilə birlikdə burada erməni-daşnaklarına qarşı mərdliklə vuruşaraq, düşmənin layiqli dərsini veriblər. Burada yüzlərlə türk qardaşımız şəhidlik məqamına yülsəlib, neçəsi sağlamlığını itirib, sağ qalanlar isə qələbə əzmi ilə odlardan keçərək Bakıya doğru inamla irəliləyiblər. Savaş meydanında iki dövlət bir millət olan Türkiyə və Azərbaycanın igid övladlarının qanı bir-birinə qarışıb. Biz qardaşlığımızı bundan sonra daha da möhkəmləndirəcək və dünyaya əsl qardaşlığın necə olduğunu göstərəcəyik. Azərbaycan Ordusu qardaş Türkiyənin qüdrətli ordusu ilə birlikdə daha güclüdür, daha qüdrətlidir. Bu birlik, bu həmrəylik isə əbədidir, sarsılmazdır.
Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Vətən müharibəsinin ilk günündən qardaş Türkiyənin mənəvi dəstəyini hiss etdiyimizi vurğuluyaraq qeyd edib ki, bu gün Türkiyə Silahlı Qüvvələrində qəhrəman Nuru Paşaların on minlərlə, yüz minlərlə davamçıları var və onlar Azərbaycanın haqq savaşında bizimlə bir yerdə olacaqlarını dəfələrlə bütün dünyaya bəyan ediblər. Biz ayrılmaz dostlar, əbədi qardaşlarıq. Bu gün digər sahələrlə yanaşı, Azərbaycan-Türkiyə əməkdaşlığı ən yüksək səviyyədədir.
Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu Hacı Mərhəmət Cənubi Qafqazda ən qədim məscid kompleksi olan Şamaxı Cümə məscidinin tarixi barədə məlumat verərək bildirib ki, 103 il əvvəl silahlı erməni-daşnak dəstələri tərəfindən törədilən qırğınlar zamanı Şamaxı əhalisinin xeyli hissəsi məscidə sığınmışdır. Lakin azğınlaşan erməni quldurları heç nəyə məhəl qoymadan məscid binasını insanlarla bərabər yandırmaqdan belə çəkinməyiblər. Əsrlərboyu təbii fəlakətlərə, dağıdıcı müharibələrə sinə gərən Cümə məscidi erməni qaniçənləri tərəfindən törədilən yanğına da davam gətirib. Qafqaz İslam Ordusunun Şamaxını erməni işğalından azad etməsindən sonra bir müddət müsəlmanların üz tutduqları bu müqəddəs ziyarətgah uzun müddət sovet rejiminin qadağalarına məruz qalıb. Lakin XX əsrin sonlarında ulu öndər Heydər Əliyevin sayəsində yenidən təmir edilib, kül altından boy ataraq dini memarlıq abidəsinə çevrilib. Bu gün Şamaxı Cümə məscidini Azərbaycana qonaq gələn, bu diyarda yaşayan türk qardaşlarımız da dəfələrlə ziyarət edir və burada namaz qılırlar.

Şamaxı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Ağarza Bayramov və Qobustan rayon Ağsaqqalar Şurasının sədri Şahbala Bayramovun çıxışları, babalarından eşitdikləri xatirələr yürük iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonra Acıdərə Türk şəhidliyindəki Naməlum türk zabitinin məzarı ziyarət olunub, önünə çələng qoyulub, qərənfillər düzülüb, dualar oxunub. Burada Vətən müharibəsi qazısı əsgər Qorxmaz Abdurəşidov məzar qarşısında and içib ki, Vətən uğrunda döyüşlərdə bir gözünü itirsə də, bədənində onlarla qəlpə gəzdirsə də, Vətən uğrunda mübarizəyə, şəhidlərimizin ruhunu şad etməyə yenə də hazırdır.

Qardaş Türkiyədən gələn yürüş iştirakçıları Qafqaz İslam Ordusunun şəhid döyüşçülərinə göstərilən böyük ehtirama görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və yürüşün təşkilatçılarına minnətdarlıq ediblər.

Yürüş Türkiyə və Azərbaycanın milli marşlarının səsləndirilməsi ilə başa çatıb.

Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Loading Bars
Xəbər lenti
Bakıda ikimərtəbəli evdə yanğın olub
İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Yunayted"i darmadağın edib
Özbəkistanda keçirilən prezident seçkilərində 16,03 milyon seçici səs verib
İspaniya La Liqası: "Real Madrid" "Barselona"nı məğlub edib
IFC Azərbaycanda elektron maliyyə xidmətlərinin inkişafına kömək edəcək - Regional menecer
Veteran cüdoçularımız dünya çempionatında daha 3 medal qazanıblar
Avropa İttifaqı Kabildəki nümayəndəliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Müdafiə Nazirliyi həftəlik icmal təqdim edib (VİDEO)
Özbəkistanda prezident seçkiləri başa çatıb
Gürcüstanın baş naziri ölkədə məcburi vaksinasiyaya yol verməyəcəyini bildirib
Dövlət qulluğuna qəbul çərçivəsində inzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələri açıqlanıb
İsveçdə qətlə yetirilən 43 yaşlı soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 036 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib
Pərviz Şahbazov “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inaqurasiya mərasimində iştirak edib (FOTO/VİDEO)
Qaxda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib (FOTO)
Azərbaycan HDQ zabitləri Türkiyədəki təcrübə kursunu uğurla başa vurublar
Özbəkistanda keçirilən prezident seçkiləri çərçivəsində seçicilərin 50% artıq səs verib
Gürcüstanda koronavirusa yoluxanların sayı artır
Masallıda COVID-19 pasportu olmayan sürücülərlə bağlı reyd keçirilib (FOTO)
Hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək
İranda koronavirusdan daha 171 nəfər ölüb
İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək
Türkiyə xüsusi təyinatlıları terrorçuların daha bir hücum cəhdinin qarşısını aldı, 5 terrorçu məhv edildi (FOTO/VİDEO)
ABŞ-da Sotheby's hərracında Pablo Pikassonun əl işləri 109 milyon dollara satılıb
Rusiyada ötən sutka ərzində 35 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
Özbəkistandakı seçkilər zamanı MDB müşahidəçiləri heç bir pozuntu qeydə almayıb
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Goranboyda oğurluq edən şəxslər saxlanılıblar (FOTO)
Saatlı və Sabirabadda COVİD-19-la bağlı nəzarət-profilaktiki tədbirlər davam etdirilir (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən foto paylaşıb (FOTO)
Müdafiə Nazirliyi ötən ilin bu həftəsi ilə bağlı görüntülər yayıb
Rusiyada avtobus yük avtomobiliylə toqquşdu, ölənlər və yaralananlar var
Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşıb
Özbəkistanda prezident seçkiləri keçirilir
Bakıda birmərtəbəli ev yanıb
Balakəndə qaydalara riayət etməyənlər cərimələnib (FOTO)
Filippin sahillərində güclü zəlzələ olub
ABŞ-da avtomobil yarışları zamanı qəza olub, ölənlər və yaralananlar var
Qazaxıstanda koronavirusa daha 1 677 nəfər yoluxub
Sorğu: Baydenin reytinqi rekord dərəcədə düşüb
Kolumbiyanın ən böyük narkokartelinin başçısı saxlanılıb
"Tesla" flaqman modellərinin qiymətini 5 min dollar artırıb
Almaniyada koronavirusa yoluxma hallarının sayı rekord dərəcədə artıb
Fransada sanitar buraxılışlara qarşı etiraz aksiyalarında 40 minə yaxın insan iştirak edib
Ferstappen "Formula-1" üzrə ABŞ Qran Prisinin təsnifatının qalibi olub
Türkiyədə son sutkada koronavirusdan 27 663 nəfər sağalıb
Bu gün Özbəksitanda prezident seçkiləri keçiriləcək
Çində 2,24 milyard peyvənd istifadə edilib
Azərbaycanda sərnişinlərin istifadə etdiyi əsas nəqliyyat vasitələri bunlardır
Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 24 oktyabr
Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi artıb
ABŞ-da atışma olub: 1 nəfər ölüb, 7 nəfər yaralanıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Ombudsmanın faktaraşdırıcı missiyaları ilə bağlı hesabatları Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən fotolar paylaşıb (FOTO)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim başa çatıb (VİDEO)
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı baş tutub
Ərdoğan 10 ölkənin səfirini "persona non-qrata" elan etməyi tələb edib
Araik Arutyunyanın Rusiyaya səfəri yalnız şəxsi xarakter daşıyır - Azərbaycanın Rusiyadakı Səfirliyi
Qubada 2 otaqlı ev yanıb
Mingəçevir Dövlət Universitetində şəhid məzunların xatirəsinə həsr olunan anım tədbiri keçirilib (FOTO)
Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ illər öncə təkrar-təkrar vurğulayıb (FOTO)
Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 315 nəfər COVID-19-a yoluxub, 22 nəfər vəfat edib
İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)
Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ
Azərbaycan XİN Macarıstanı təbrik edib
Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələnib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah xalqımızı qorusun! (VİDEO)
Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov
Bərdə sakinlərindən “patı” və heroin götürülüb (FOTO)
Covid-19 pasportunu saxta yollarla əldə edən və onu satan şəxslər saxlanılıb (VİDEO)
Ekvadorda yüngül atlet güllələnib
İranda koronavirusdan ölənlərin sayı 125 min nəfəri keçib
Canəli Əkbərov hər zaman muğam sənətini yüksək səviyyədə təmsil edib - Polad Bülbüloğlu
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib
Bakıda restorana gedən koronavirus xəstəsi saxlanıldı
Şəkidə qənnadı istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
“Naxçıvan şəhidləri” kitabının təqdimatı olub (FOTO/VİDEO)
Xızı və Şabranda COVİD-19-a qarşı tədbirlər gücləndirilib (FOTO)
Şəhid Əliyev İbrahimin doğum günü məzarı önündə qeyd olunub (FOTO)
İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb (FOTO)
Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu beynəlxalq təcrübəyə tam uyğundur - Mərkəzi Bank
Xəzər dənizində mina aşkarlanıb (FOTO/VİDEO)
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır
Ötən gün toylarda 13 nəfər cərimələnib (FOTO/VİDEO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bazar günü hava necə olacaq?
Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar
Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
Bütün xəbərlər