...

Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur

Siyasət Materials 19 Oktyabr 2021 13:21 (UTC +04:00)
Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, görüşdə ölkələrimiz arasında ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri, iqtisadi sahədə münasibətlərin potensialı müzakirə edilib.

Bildirilib ki, hazırda müxtəlif sahələri əhatə edən 10-dan çox saziş hər iki ölkə tərəfindən baxılma mərhələsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti