...

Azərbaycan Xorvatiyanın strateji tərəfdaşıdır - XİN rəhbəri

Siyasət Materials 20 Oktyabr 2021 13:16 (UTC +04:00)
Azərbaycan Xorvatiyanın strateji tərəfdaşıdır - XİN rəhbəri

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev -Trend:

Azərbaycan Xorvatiyanın strateji tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Xorvatiya Respublikasının xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Xorvatiya Azərbaycanla həm siyasi, həm də iqtisadi əlaqələri möhkəmləndirməkdə maraqlıdır.

O qeyd edib ki, iki ölkə arasında turizm, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur: “Biz istəyirik ki, iki ölkə arasında qarşılıqlı investisiyaların həcmi artırılsın”.

Qeyd edək ki, Xorvatiya Respublikasının xarici və Avropa işləri üzrə naziri Qordan Qrliçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində xorvatiyalı naziri Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti