Azərbaycanda narkomaniyaya qarşı qətiyyətli və effektiv mübarizə aparılır - Kamaləddin Qafarov

Azərbaycanda narkomaniyaya qarşı qətiyyətli və effektiv mübarizə aparılır - Kamaləddin Qafarov

Bakı. Trend:

Bu gün bütün bəşəriyyəti narahat edən ən ciddi sosial problemlərdən biri də narkomaniyadır. Çox böyük narahatlıq doğuran məqam odur ki, hətta dünyanın aparıcı dövlətləri və beynəlxalq təsisatları tərəfindən ardıcıl şəkildə reallaşdırılan preventiv tədbirlər də bu ümumbəşəri bəlanın qarşısının alınması qarşısında aciz qalır. Çox təəssüf ki, , narkomaniyanın miqyası tədricən genişlənir və bu tendensiya dünya dövlətlərini daha sərt tədbirlər görməyə vadar edir. Birmənalı olaraq deyə bilərik ki, bu gün narkomaniyaya qarşı qətiyyətli və barışmaz şəkildə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Bu bir həqiqətdir ki, son illər ərzində ölkəmizdə bu istiqamətdə həyata keçirilən effektiv tədbirlər nəticəsində əhəmiyyətli uğurlar əldə olunmuşdur.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan öz müstəqilliyinı bərpa etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadi və sosial islahatlar, bütün sahələri əhatə edən və getdikcə daha böyük vüsət alan inkişaf tempi narkomaniyaya qarşı mübarizədə cəmiyyətin və dövlətin səylərinin birləşdirilməsinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə və bu əsasda qlobal bəlaya qarşı kompleks mübarizənin aparılmasına əlverişli zəmin yaradıb. Kamaləddin Qafarov xüsusi olaraq vurğulayıb ki, bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə son 30 il ərzində ölkəmizin işğalda olan ərazilərindən keçərək Avropaya gedən narkotrafik marşrutların birdəfəlik bağlanmasını təmin etmişdir: “Məlumdur ki, Avropa və Asiya qitələrinin qovşağında yerləşən Azərbaycanın coğrafi-strateji mövqeyi onun ərazisindən narkotiklərin tranzit daşınması üçün əlverişli olduğundan, təbii olaraq bu marşrutdan istifadə üçün mütəmadi cəhdlər göstərilir. Lakin narkotika qaçaqmalçılarının cəhdlərinin qarşısı qətiyyətlə alınır və alınacaq. Bu da bir danılmaz həqiqətdir ki, ölkəmizin ərazilərinin 20%-nin 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanması səbəbindən Azərbaycan özünün dövlət sərhədlərinin müəyyən bir hissəsinə nəzarət edə bilmirdi. Bu isə narkotika ticarəti ilə məşğul olan beynəlxalq qruplaşmalar üçün əlverişli fürsət idi. Bütün bu illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev ən mötəbər beynəlxalq kürsülərdən etdiyi çıxışlarında da daim bu problemi önə çəkir və yaranmış vəziyyətin xüsusən Avropa ölkələri üçün əlavə təhlükə törətdiyini vurğulayırdı.

Bu gün artıq Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməklə bu problemi də həll edib. Ümumbəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan yayılması ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulmuş, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış və institusional islahatlar həyata keçirilmişdir. Bir sıra təşkilati-hüquqi, institusional və əməli praktiki tədbirlər həyata keçirilməklə bərabər, həmçinin qlobal bəla ilə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak da intensiv xarakter almışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası bu sahə üzrə beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulmuşdur.”

Millət vəkili xüsusi olaraq qeyd etmişdir ki, bu gün ölkəmizdə həyata keçirilən narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ön sıralarında məhz Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları gedirlər: “Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə daim diqqət mərkəzində olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdən ölkədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət səviyyəsinə qaldırmış və hazırda bu strateji kurs dövlət başçısı cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan BMT-nin narkotik vasitələr və psixotrop maddələrlə əlaqədar baza konvensiyasının hər birinə qoşulmuş, bu sahədə məsələləri tənzimləyən çoxsaylı qanunvericilik aktları qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” aidiyyəti orqanlar qarşısında konkret vəzifələr qoymaqla, bu təhlükəli təzahürlərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Əlbəttə ki, həmin Dövlət Proqramı ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi xüsusi rol oyayır. Dövlət Proqramının ölkə üzrə icrası ilə əlaqədar yerli icra hakimiyyəti orqanları ilə birlikdə hüquq mühafizə orqanlarının, o cümlədən DİN orqanlarının məsul əməkdaşlarının iştirakı ilə ölkə üzrə mütəmadi keçirilən seminarlarda və dəyirmi masalarda yeniyetmələr, gənclər və müəllimlər yaxından iştirak etmiş, mütəxəssislər tərəfindən onlara narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin cəmiyyətə və insan sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar barədə izahat xarakterli məlumatlar verilir. Ölkənin hüquq-mühafizə orqanları narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirlərin davamlı olaraq sistemli şəkildə həyata keçirilməsi üçün fəaliyyət göstərirlər. Diqqətəlayiq haldır ki, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində 2020-ci il ərzində narkotiklərlə əlaqədar 5221 cinayət faktı aşkar edilmiş, 4041 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. Aşkar edilən cinayətlər üzrə narkotiklərin əsas daşınma marşrutları Əfqanıstan və İran İslam respublikalarında əldə edilən narkotiklərin tranzit olaraq Azərbaycandan keçirilməklə, Gürcüstandan və Rusiya Federasiyasından Ukraynaya, oradan da Avropa ölkələrinə - Belçika Krallığı, Niderland Krallığı, Polşa Respublikası və digərlərinə gedən marşrut xətləridir. Təqdim olunan məlumatlara görə 2021-ci ilin I rübü ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ümumilikdə 2050 cinayət faktı aşkarlanmışdır. Onlardan 747-si narkotik vasitələrin qanunsuz satışı, 1264-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 13-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 26-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1287 kq narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Cari ilin I rübü ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkar edilmiş 1997 fakt üzrə qanunsuz dövriyyədən çəkisi 1 tondan artıq olan narkotik vasitələr və psixotrop maddələr, habelə, güclü təsir edən maddələr çıxarılmış, qanunsuz əkilib-becərilmiş çətənə bitkiləri müəyyən edilərək müvafiq tədbirlər görülməsi üçün istintaq orqanlarına verilmişdir. Bütün bunlar deməyə əsas verir ki, bu gün Azərbaycan dünyada narkomaniyaya qarşı ən qətiyyətli və effektiv şəkildə mübarizə aparan ölkələrdəndir.”

Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Loading Bars
Xəbər lenti
Toyda qayda pozan 4 nəfər cərimələndi
Heydər Əliyev Fondu Bakıdakı katolik kilsəsində bərpa işlərini başa çatdırıb (FOTO)
Nazir iki yüksək rütbəli polis məmurunu vəzifədən azad etdi
Hacıqabul sakinlərindən narkotik götürülüb (FOTO)
Ağcabədidə ev yanıb, biri polis olmaqla ailənin üç üzvü yanaraq ölüb (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
Balakəndə meşələri məhv edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Ötən gün axtarışda olan 57 nəfər saxlanılıb
Evini tərk edən iki koronavirus xəstəsi barədə cinayət işi başlandı
Azərbaycan UNESCO-nun komitəsinə üzv seçilib - XİN
Çin və ABŞ hərbi dialoqa hazırlaşırlar
Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib (ÖZƏL)
Danimarkada "omikron" ştammına 7 yoluxma halı qeydə alınıb
BMT-nin baş katibi yeni səyahət məhdudiyyətlərini ədalətsiz adlandırıb
Tramp Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-ın nüfuzunun minimuma endiyini deyib
Ağ Ev ABŞ və Rusiya liderlərinin mümkün görüşünü şərh edib
Dünyada koronavirusa qarşı 8 milyarddan artıq peyvənd istifadə edilib
Çavuşoğlu və Blinken Azərbaycan və Ermənistanı müzakirə ediblər
Ərdoğan yeni xəzinədarlıq və maliyyə naziri təyin edib
Dünyada beynəlxalq miqrantların sayı 281 milyona çatıb
İtaliyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasına icazə verilib
İngiltərə Premyer Liqası: "Liverpul" "Evertonu" darmadağın edib, "Çelsi" növbəti qələbəsini qazanıb
ABŞ-da atışma olub, ölənlər var
OPEC ölkələri yeni baş katib seçəcəklər
İsraildə Milli Antiterror Bölməsi yaradılacaq
ABŞ-da "omikron" ştammına ilk yoluxma halı aşkarlanıb
Ombudsman Səbinə Əliyeva İtaliyaya rəsmi səfər edib
İran-Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib
23 ölkədə koronavirusun "omikron" ştammına yoluxma halları qeydə alınıb - ÜST
Bakıda ikimərtəbəli evdə partlayış olub
Ermənipərəst dairələrin maliyyələşdirdiyi "siyasi mühacirlər" "Qarabağ"ın matçına təxribatlar hazırlayır
Türkiyədə son sutkada koronavirusdan 24 113 nəfər sağalıb
"Petkim" xaricdə 350-dən çox müştəri portfelinə malikdir
Qazaxıstan səfiri helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir
Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
Oqtay Gülalıyev sağdır, səhhəti yaxşıdır - Oğlu
DGK büdcə öhdəliyinə 111 faizdən çox əməl edib
Bu gun razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur - DİN
Qazi Universiteti, AzTU və MDU üçtərəfli işbirliyi çərçivəsində elmi seminar keçirilib (FOTO)
UNEC İqtisadi Forumun birinci günü uğurla başa çatıb (FOTO)
Mərkəzi Bankın valyuta ehtiyatları 10 faizdən çox artıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 795 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun növbəti iclası keçirilib
ABB-də cəmi 13%-lə kredit fürsəti!
ABŞ səfiri Tərtərə səfər edib (FOTO)
Azərbaycan və Ermənistanın xarici işlər naziri İsveçdə görüşəcək
AzTV DSX-nin helikopterinin qəzaya uğraması ilə əlaqədar olaraq efir proqramında dəyişiklik edib
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Dekabrın 2-nə USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Helikopter qəzası ilə bağlı yayılan şayiələr - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Ölkədə ilk özəl kiber təhlükəsizlik R&D mərkəzinin açılışı oldu (FOTO)
Daha bir qrup qazi 4-cü nəsil elektron protezlə təmin edildi (FOTO)
ABŞ-ın MLI İnstitutu Azərbaycana daha 8 minaaxtaran it göndərib (FOTO)
Almaniyada İkinci Dünya müharibəsindən qalan bomba partlayıb, yaralılar var
Helikopter qəzasında yaralanan hərbçilər hadisə anından danışdı (FOTO/VİDEO)
Bakıdakı böyük xəstəxanaların tibb işçiləri həkim çatışmazlığı olan yerlərə təhkim ediləcək
Avrokomissiya Aİ ölkələrini səyahət məhdudiyyətlərinin tətbiqinə hazır olmağa çağırıb
Bakıda qanunsuz aksiya keçirilməsinin qarşısı alınıb - DİN
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
Bərdədə güclü külək binanın damını uçurub (FOTO)
Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu xətti yenidən qurulur (FOTO)
Türkiyənin AFAD nümayəndə heyəti Azərbaycanda səfərdədir
UNEC İqtisadi Forumu 2021: Nobel mükafatı laureatı Aziz Sancar alimlərlə görüşüb (FOTO)
Bu il Azərbaycanda 654 nəfər QİÇS-ə yoluxub
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
Azərbaycanda 2018-ci illə müqayisədə ötən il QİÇS-dən ölənlərin sayı 2 dəfədən çox azalıb
Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsul satışının genişləndirilməsinə dəstək Qaydası təsdiqləndi
Helikopter qəzasının səbəbini bilmədən müxtəlif versiyalar səsləndirmək ordunun imicinə zərbə vurmaqdır - Hərbi ekspert
Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi təyin edilib
Ötən ay işğaldan azad olunan ərazilərdən 610 mina aşkarlanıb
Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlandı
Dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Almaniyanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib
Ombudsman Aparatının əməkdaşları şəhidlərlə vida mərasimində iştirak ediblər
Bakı metropolitenində dizel stansiyası fəaliyyətə başlayıb - Özəl (FOTO)
Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri görüşəcək
STAR Zavodu 28 fərqli növ xam neftin testini edib
Bakıda restoranda yanğın olub
"Omikron" daha bir ölkədə aşkar olundu
Hakimliyə namizədlər üçün imtahan keçirilib
"Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir (FOTO)
AHİK onun barəsində mətbuatda dərc olunan əsassız iradlara cavab verdi
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib (FOTO)
DSX-nin şəhid hərbçiləri II Şəhidlər Xiyabanında dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
AccessBank-dan illik 14%-lə nağd kredit!
Star zavodu Türkiyənin işlənmiş neft məhsulları ehtiyacının təxminən 25%-ni qarşılayır - Baş icracı direktor
Gürcüstanın xarici işlər naziri Azərbaycana başsağlığı verib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb
Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı proqram hazırlanır - Zaxarova
Kırıkkale Universitetinin və Atatürk Universitetinin professorları Gəncə Dövlət Universitetinə səfər ediblər (FOTO)
Sabunçuda bir nəfəri qətlə yetirən, digərini yaralayan şəxslər həbs edilib
Macarıstan azərbaycanlı tələbələr üçün təqaüd proqramına start verib
"Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək
Allahşükür Paşazadə DSX-nin şəhid hərbçilərinin ailələrinə başsağlığı verib
Gürcüstan səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib
Təl-Əviv dünyanın ən bahalı şəhəri olub
Taksi sürücüsünə qarşı soyğunçuluq edən “müştəri” saxlanılıb (VİDEO)
Bütün xəbərlər