...

Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək

Siyasət Materials 26 Oktyabr 2021 22:28 (UTC +04:00)
Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək

Bakı. Trend:

Bu gün əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur koridorunun bir parçasıdır. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında söyləyib.

Bu gün Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə təşəkkürünü bildirən dövlətimizin başçısı deyib: “Onların yorulmaz səyləri nəticəsində bu gün bax bu bölgədə yollar çəkilir, dəmir yolları çəkilir, tunellər çəkilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, bizim qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq. Dövlətlərimiz bundan sonra da uğurlu işbirliyi edəcək və beləliklə, Türkiyə-Azərbaycan gücü, birgə gücü daha da təsirli olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti