...

Baş nazir Türkiyənin Vitse-prezidentinə təbrik məktubu göndərib

Siyasət Materials 28 Oktyabr 2021 18:50 (UTC +04:00)
Baş nazir Türkiyənin Vitse-prezidentinə təbrik məktubu göndərib

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, nəktubda Azərbaycan-Türkiyə dostluq və qardaşlığının xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən güc aldığı vurğulanıb.

İki ölkə arasında müxtəlif sahələrdə səmərəli və fəal əməkdaşlığın bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti