...

Azərbaycan ilə FAO arasında tərəfdaşlıq proqramının müddəti uzadıldı

Siyasət Materials 29 Oktyabr 2021 11:41 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında Tərəfdaşlıq proqramının müddəti uzadılır.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Deputatlar Sazişin qüvvədəolma müddətinin uzadılmasının vacibliyini qeyd ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti