Bakı. Samir Əli - Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına videomüraciət ünvanlayıb.
Trend-in məlumatına görə, videomüraciətdə türkdilli ölkələr arasında əlaqələrin bundan sonra da uğurlu olacağına əminlik vurğulanıb:
“Qarşılıqlı əlaqə və təcrübə mübadiləsi bizi hədəflərə daha da yaxınlaşdıracaq. Türk Şurası yeni qatılan ölkələrlə güclənərək beynəlxalq status qazanmış olacaq.
Bütün sahələrdə əlaqələri inkişaf etdirmək bizim üçün ehtiyacdan əlavə məcburiyyətdir".