...

Ermənistan qəbul etməlidir ki, regionda vəziyyət dəyişib - Prezidentin köməkçisi

Siyasət Materials 5 Noyabr 2021 12:45 (UTC +04:00)
Ermənistan qəbul etməlidir ki, regionda vəziyyət dəyişib - Prezidentin köməkçisi

Bakı. Trend:

Artıq Azərbaycanın milli təqvimində 8 Noyabr- Zəfər Günü var. Buna görə Ali Baş Komandanımız başda olmaqla Azərbaycan Ordusuna, xalqımıza təşəkkür edirik.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan qonşu Ermənistanla sülh qurmaq istəyir, buna hazırdır. O şərtlə ki, hər iki ölkə bir-birinin suverenliyini, ərazi bütövlüyünü tanısın. Dağlıq Qarabağ məsələsi artıq başa çatıb. Qarabağ bizim daxili siyasətimizdir, məsələmizdir. Ermənistan qəbul etməlidir ki, regionda vəziyyət dəyişib, bu ölkə Azərbaycana qarşı torpaq iddialarından əl çəkməlidir. İki ölkə arasında münasibətlər bərpa olunmalıdır. Bütün beynəlxalq ictimaiyyəti bu istiqamətdə addım atmağa səsləyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti