...

Mövlud Çavuşoğlu helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Siyasət Materials 30 Noyabr 2021 15:36 (UTC +04:00)
Mövlud Çavuşoğlu helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Trend-in məlumatına görə, nazir bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Bu gün baş verən hərbi helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm, yaralananların tezliklə sağalmasını arzu edirəm. Qəhrəman Azərbaycan Silahlı Qüvvələrinin və Azərbaycan hökumətinin və xalqının başı sağ olsun", - deyə M.Çavuşoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti