Bakı. Humay Ağacanova - Trend:
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtər rayonunda minatəmizləmə işləri ilə tanış olub.
Trend-in məlumatına görə, bu barədə o, “Twitter” hesabında paylaşım edib.
“Böyük Britaniyanın RPS şirkətinin minatəmizləmə işlərində ANAMA-ya dəstək verdiyini görmək üçün Tərtərə gözəl səfər etdim və cəsur azərbaycanlı mina təmizləyənlərlə görüşməkdən şərəf duydum”, - deyə paylaşımda bildirilib.