...

Belarus Qarabağda yenidənqurma işlərində iştirak etməyə hazırdır - XİN rəhbəri

Siyasət Materials 3 Dekabr 2021 09:37 (UTC +04:00)
Belarus Qarabağda yenidənqurma işlərində iştirak etməyə hazırdır - XİN rəhbəri

Bakı. Trend:

Dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Belarusun xarici işlər naziri Vladimir Makey ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib.

Tərəflər ölkələrimiz arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq gündəliyini müzakirə ediblər.

Həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

C.Bayramov həmkarına bölgədə mövcud olan ən son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımılar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumatlandırıb. V.Makey yenidənqurma işlərində iştirak etməyə hazır olduqlarını ifadə edib.

Tərəflər həmçinin gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aprıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti