Bakı. Trend:
Məntəqə seçki komissiyalarının formalaşması başa çatmaq üzrədir.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
"Demək olar ki, bütün dairələrdə işlər yekunlaşıb. Sadəcə bəzi dairələrdə iclas keçirilib, təsdiq olunma qalmışdı", - deyə o bildirib.
Onun sözlərinə görə, məntəqə seçki komissiyalarının formalaşması dairə seçki komissiyaları tərəfindən həyata keçirilir: "Biz də bu prosessi daim nəzarətdə saxlayırıq".