...

Türk Dövlətləri Təşkilatı Qazaxıstana dəstək verməyə hazırdır - Bəyanat

Siyasət Materials 6 Yanvar 2022 13:06 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatı Qazaxıstana dəstək verməyə hazırdır - Bəyanat

Bakı. Orxan Nəbiyev - Trend:

Türk Dövlətləri Təşkilatı Qazaxıstanda baş vermiş hadisələrlə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda təşkilatın üzv ökəsi Qazaxıstanla həmrəylik ifadə olunur və Qazaxıstan xalqına və rəhbərliyinə zəruri dəstək verməyə hazır olduğu bildirilir:

"Qazaxıstan rəsmilərinin gərginliyi dinc şəkildə azaltmaq, nizam və sabitliyi bərpa etmək iqtidarında olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duyduqları dəstəyi verməyə hazır olduğumuzu bildiririk. Hadisələrdə həyatını itirmiş şəxslərin yaxınlarına başsağlığımızı verir, yaralıların tezliklə sağalmasını azulayırıq", - deyə bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti